12px13px15px17px
Tarix:25/01/21

Kibertəhlükəsizlik sahəsinə investisiyalar nəzərəçarpacaq dərəcədə artmağa davam edəcək

Təhlükələrin artdığını, yeni boşluqların ortaya çıxmasını və hücumların tezliyinin azalma ehtimalının az olduğunu nəzərə alsaq, informasiya təhlükəsizliyinin təmini dünyada əsas prioritetlərdən biri olaraq qalır. Buna əsaslanan “Canalys” şirkətinin analitikləri kibertəhlükəsizlik sahəsinə investisiyaların sonrakı artımını proqnozlaşdırıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2021-ci ildə bu məqsədlər üçün xərclərin həcmi 10% artaraq 60 milyard dolları ötəcək. Analitik şirkət 2020-ci ilin nəticəsinə görə baxılan bazarın həcmini 54 milyard dollardan bir qədər çox qiymətləndirib. Bu məbləğə “Endpoint Security”nin müdafiəsi, veb-təhlükəsizliyin təmini və elektron poçtun qorunması, məlumatların təhlükəsizliyi üçün həllərə xərclər daxildir.

 

Mütəxəssislər, hətta ən pis senaridə 2021-ci ildə qlobal kibertəhlükəsizlik xərclərinin 6,6% artaraq 57,7 milyard dollar təşkil edəcəyini qeyd ediblər.

 

Emil Hüseynov





Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024