“Windows” sistemi oğurluqdan qoruma funksiyası ilə təchiz ediləcək
“Windows 10X” əməliyyat sistemi qurğunu oğurluqdan qoruma funksiyası ilə təchiz ediləcək. Bu barədə “Bleeping Computer” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, əməliyyat sisteminin əvvəlki quraşdırmalarını tədqiq edən mütəxəssislər tərəfindən onu qoruma funksiyasının quraşdırılması aşkarlanıb. İstifadəçi “Windows” sisteminin quraşdırmalarını zavod parametrlərinə qaytarmağa və informasiyanı toplayıcıdan silməyə çalışdıqda sistem ondan parol və ya PİN kodu daxil etməyi tələb edəcək. Təsdiqləmə kodunun daxil edilməsi mütləqdir. “Oğurluqdan qoruma” (Anti-theft protection) funksiyasını “Windows” quraşdırmalarında aktivləşdirmək mümkündür.
Aktual “Windows” versiyalarında belə funksiya mövcud deyil. Beləliklə, kompüterdən istifadə edən istənilən şəxs quraşdırmalara daxil olaraq qurğudakı bütün informasiyanı silə bilər.
Jurnalistlərin fikrincə, oğurluqdan qoruma funksiyası “Windows 10X” sistemində daha çox tələb ediləcək. Buna səbəb kimi sistemin ilk növbədə portativ kompüterlər üçün nəzərdə tutulması göstərilir. Bununla belə, müəlliflər “Windows 10” sisteminin fərdi kompüterlər üçün versiyasında analoji funksiyanın yaradılacağını gözləyirlər.
Buraxılışı 2021-ci ilin ortalarına planlaşdırılan “Windows 10X” əməliyyat sistemi əvvəlcə zəif məhsuldarlığa malik noutbuklar üçün nəzərdə tutulacaq. Gələcəkdə əməliyyat sisteminin ikiekranlı qurğular dəstəyi ilə təmin ediləcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 444
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir