12px13px15px17px
Tarix:28/01/21

“Apple” şirkəti “iPhone”da daha üç kritik boşluğu aradan qaldırıb

“Apple” şirkəti “iPhone” smartfonları üçün əməliyyat sisteminin son versiyasında üç “sıfır-gün boşluğu”nu, yəni təhlükəsizlik sistemində aşkar edilmiş boşluqları aradan qaldırıb. Təhlükəsizlik paketi “iOS 14.4”ə inteqrasiya edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, şirkətə sözügedən boşluqlar haqqında kibertəhlükəsizlik sahəsində çalışan anonim mütəxəssis məlumat verib. Həmin boşluqlardan birincisi əməliyyat sisteminin nüvəsinə müdaxilə edərək zərərverici kod üçün imtiyazların əldə edilməsini mümkün edirdi. Digər iki boşluq “WebKit” mühərrikində aşkar edilib və onu sistemə müdaxilə üçün alətə çevirmişdilər.

 

Xatırladaq ki, ötən ilin noyabrında “Google”un əməkdaşları, həmçinin “iOS” mobil əməliyyat sistemində üç “sıfır-gün boşluğu” aşkar etmişdilər.

 

Emil Hüseynov





Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024