Tarix:29/01/21
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, səhv messencerin “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün versiyasında aşkarlanıb və işləyir. Belə ki, “WhatsApp”da potensial qurbana zərərli “Huawei Mobile” mobil proqramına keçid üçün link göndərilir və guya smartfon qazanmaq imkanının mövcud olması bildirilir.
L.Stefankonun sözlərinə görə, link istifadəçiləri tərtibatına görə “Google Play” əlavələr mağazasına bənzər sayta yönəldir. Əsas məqsəd qurbanı bu proqramı quraşdırmağa inandırmaqdır.
Məlumata görə, quraşdırmadan sonra proqram bildirişlər vasitəsilə hücumlar həyata keçirmək üçün onlara çıxış üçün icazə istəyir. Sürətli cavab funksiyasından istifadə edən virus linki digər istifadəçilərə göndərir. Belə bildirişlər saatda bir dəfədən çox göndərilə bilməz. Təhlükəsizlik üzrə tədqiqatçının fikrincə, bu, linkin təhlükəli olmasına şübhə yaratmamaq üçün üsuldur.
Proqram təminatı fon rejimində iş və digər mobil əlavələrdən kənar iş üçün icazə istəyir – bu üsuldan fırıldaqçılar tərəfindən tez-tez hesab məlumatlarının oğurlanması üçün istifadə edilir. Lakin mütəxəssisin sözlərinə görə, cinayətkarlar hələlik ondan smartfon ekranında daim reklam elanları göstərərək qazanc əldə etmək üçün istifadə edirlər.
Nizam Nuriyev
“WhatsApp”da təhlükəli virus aşkarlanıb
“WhatsApp”da təhlükəli virus aşkarlanıb. “ESET” şirkətinin təhlükəsizlik üzrə tədqiqatçısı Lukas Stefankonun sözlərinə görə, zərərli proqram təminatı messencerdə bildirişlər vasitəsilə avtomatik yayılır.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, səhv messencerin “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün versiyasında aşkarlanıb və işləyir. Belə ki, “WhatsApp”da potensial qurbana zərərli “Huawei Mobile” mobil proqramına keçid üçün link göndərilir və guya smartfon qazanmaq imkanının mövcud olması bildirilir.
L.Stefankonun sözlərinə görə, link istifadəçiləri tərtibatına görə “Google Play” əlavələr mağazasına bənzər sayta yönəldir. Əsas məqsəd qurbanı bu proqramı quraşdırmağa inandırmaqdır.
Məlumata görə, quraşdırmadan sonra proqram bildirişlər vasitəsilə hücumlar həyata keçirmək üçün onlara çıxış üçün icazə istəyir. Sürətli cavab funksiyasından istifadə edən virus linki digər istifadəçilərə göndərir. Belə bildirişlər saatda bir dəfədən çox göndərilə bilməz. Təhlükəsizlik üzrə tədqiqatçının fikrincə, bu, linkin təhlükəli olmasına şübhə yaratmamaq üçün üsuldur.
Proqram təminatı fon rejimində iş və digər mobil əlavələrdən kənar iş üçün icazə istəyir – bu üsuldan fırıldaqçılar tərəfindən tez-tez hesab məlumatlarının oğurlanması üçün istifadə edilir. Lakin mütəxəssisin sözlərinə görə, cinayətkarlar hələlik ondan smartfon ekranında daim reklam elanları göstərərək qazanc əldə etmək üçün istifadə edirlər.
Nizam Nuriyev
Baxış sayı: 757
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir