Dünya İqtisadi Forumu kiberpandemiya xəbərdarlığı ilə bağlı çıxış edib
Dünya İqtisadi Forumunun Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri 2025-ci ilədək internetə hər yerdə qoşulma imkanı, süni intellekt, kvant hesablamaları və ya identifikasiya idarəetməsi və internetə çıxışda yeni yanaşmalar kimi yeni nəsil texnologiyaların müdafiə sistemlərini dəf edərək qlobal kiberpandemiyaya səbəb olacağını proqnozlaşdırırlar.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, DİF-in saytına görə, növbəti nəsil texnologiyalar dünya üçün yeni risklər yaradır və hazırkı mərhələdə onların təsiri tam öyrənilməyib. Dövlət təşkilatları və özəl müəssisələr üçün kollektiv fəaliyyətin, siyasi müdaxilələr və daha yaxşı hesabatlılıq üzrə tədbirlərin həyata keçirilməsinə kəskin ehtiyac duyulur. Bu müdaxilə olmadan dünyanın gələcək inkişafının asılı olduğu yeni texnologiyalara inamı qorumaq çətin olacaq.
Bununla əlaqədar DİF Oksford Universiteti nəzdində Martin məktəbi ilə birlikdə başlıca vəzifəsi əsas texnoloji trendlərlə bağlı kiberrisklərin idarə olunması üçün tələb olunan yanaşmaları müəyyənləşdirməkdən ibarət olan “Future Series: Cybercrime 2025” adlı təşəbbüslə çıxış edib. Proqrama “Palo Alto Networks”, “Mastercard”, “KPMG”, “Europol”, “ENISA” və “NIST” daxil olmaqla informasiya təhlükəsizliyi şirkətləri, tədqiqat institutları və digər təşkilatlardan 150-dən çox kibertəhlükəsizlik üzrə ekspert cəlb olunub.
DİF mütəxəssislərinin fikrincə, təhlükəsizlik innovativ texnologiyaların tərkib hissəsi hesab edilmədiyindən yeni texnologiyaların təhlükəsiz inkişafı üçün dəstəyə (bilik, rəhbərlik, tədqiqat) və stimullaşdırmaya (bazar qüvvələri, tənzimləmə) lazımi qədər investisiya qoyulmur. Mövcud imkanlar və texnologiyalar bu məqsəd üçün uyğun olmadığından təhdidlərin qarşısının alınması və insidentlərə reaksiyanın verilməsi yeni yanaşmalar tələb edəcək.
Tövsiyə olunan yanaşmalar arasında kibertəhlükəsizlik sahəsində qlobal istehsal çatışmazlığının azaldılması, işçi resurslarının yaradılması və kibertəhlükəsizliyə qarşılıqlı asılılığa, siyasət və texnologiyaların dolaşıqlığına səbəb olan parçalanmış yanaşmalardan imtina yer alıb.
Nizam Nuriyev
Baxış sayı: 522
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir