Yeni “Chrome” versiyası təhlükəli səhvi aradan qaldırır
"Google" şirkəti istifadəçiləri dərhal "Chrome" brauzerinin yeni versiyasını quraşdırmağa çağırıb. Təcili yeniləmə hakerlər tərəfindən aktiv istifadə edilən "sıfırıncı gün" (CVE-2021-21148) tipli təhlükəli boşluğu aradan qaldırır.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, səhv "JavaScript" proqramlaşdırma dilinin "V8" proqramında yaddaşın dolması ilə bağlı olub. Kiberhücuma məruz qalan insanların sayı barədə məlumat verilmir. "Google" nümayəndələrinin sözlərinə görə, eksployt barədə ətraflı məlumat əksər istifadəçilər tərəfindən "Chrome" brauzerinin yeni versiyası quraşdırıldıqdan sonra açıqlanacaq.
Səhvin mövcudluğu barədə ilk dəfə yanvarın 24-də – "Google Threat Analysis Group" kibermüdafiə qrupunun ekspertləri tərəfindən Şimali Koreya hakerlərinin kampaniyası ifşa edilməzdən iki gün əvvəl məlum olub.
Hesabata görə, Koreya Xalq Demokratik Respublikasından olan hakerlər sistemi yoluxduran zərərli koda malik bloq yaradıblar. Eksploytun "Chrome" brauzerində aradan qaldırılmayan boşluqdan istifadə etməsi bildirilir.
"Windows", "macOS" və "Linux" əməliyyat sistemləri üçün yeni "Chrome 88.0.4324.150" versiyası avtomatik quraşdırılır. Yeniləmə gəlmədikdə, onun mövcudluğunu quraşdırmaları açaraq "About Google Chrome" tab-vərəqinə keçməklə əllə yoxlamaq mümkündür.
Nizam Nuriyev
Baxış sayı: 505
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir