12px13px15px17px
Tarix:10/02/21

“iPhone 12” smartfonu sağlamlıq üçün zərərlidir

ABŞ kardioloqları “iPhone 12” smartfonunun ürək xəstəsi olan insanlar üçün təhlükəli olduğunu təsdiq ediblər. Bu barədə “NBC25 News” telekanalının məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Henri Ford adına Ürək və Damar İnstitutunun (Detroyt) mütəxəssisləri tədqiqat apararaq yeni “iPhone” smartfonlarının sağlamlıq üçün təhlükəli olmasını açıqlayıblar. Həkimlərin sözlərinə görə, “Apple” smartfonlarında yerləşən maqnit implantasiya edilmiş kardiostimulyator və defibrilyatorların fəaliyyətinə təsir göstərir. Eksperiment çərçivəsində doktor Qurcit Sinqh və onun həmkarları “iPhone 12 Pro” modelini implantasiya edilmiş defibrilyator xəstəsinin sinəsi üzərinə yaxınlaşdırıblar. Əməliyyat nəticəsində quraşdırılmış tibbi avadanlıqlar sönüb. “Biz telefonu sinədən ayırdıqdan sonra defibrilyator dərhal normal iş rejiminə qayıtdı”, – Q.Sinqh qeyd edib.

 

Alimin sözlərinə görə, ekspert qrupu qurğunun bu davranışından çox təəccüblənib. “Biz “iPhone”da olan maqnitin tibbi cihaza təsir göstərmək üçün zəif olduğunu düşünürdük”, – mütəxəssis vurğulayıb. O izah edib ki, implantasiya edilmiş kardioloji cihazlar həkimlərin lazım olduqda avadanlığın işinə qeyri-invaziv təsir göstərməsi üçün maqnit dəyişdirici açara malikdir.

 

Məlumata görə, smartfonlar ürək xəstəsi olan insanlara ziyan vura bilər. ABŞ həkimləri implantasiya edilmiş tibbi avadanlıqlarla bağlı problemləri aradan qaldırmaq üçün “iPhone 12” seriyalı qurğuları köynəyin və ya paltonun üst cibində gəzdirməməyi, eləcə də sinə üzərinə qoymamağı tövsiyə edirlər.

 

Nizam Nuriyev





Baxış sayı: 516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024