12px13px15px17px
Tarix:17/02/21

2 milyard dəfə yüklənmiş “Android” proqramının təhlükəli olduğu məlum olub

1,8 milyard dəfə yüklənmiş “ShareIt” utilitinin təhlükəli olduğu məlum olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “ShareIt” mobil proqramı yaxınlıqda olan və müxtəlif əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular arasındakı məlumatları sürətli ötürməyə imkan verir. Proqramın yaradıcılarının iddiasına görə, “ShareIt”in köməyi ilə məlumatların ötürülməsi “Bluetooth” ilə müqayisədə 200 dəfə daha sürətlidir. “Google Play”in statistikasına əsasən, mobil proqram 1 milyard dəfədən çox yüklənilib. Ancaq “Trend Micro” şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri bu proqramdan istifadənin təhlükəli olduğunu əmin edirlər.

 

Mütəxəssislərin sözlərinə görə, “ShareIt” proqramında aşkar edilmiş ciddi boşluqlar hakerlərə istifadəçilərin şəxsi məlumatlarını asanlıqla ələ keçirməyə və ya uzaq məsafədən qurbanların qurğularında zərərli kodu icra etməyə imkan verir. “Trend Micro” şirkətinin əməkdaşları əmindirlər ki, “ShareIt” proqramının işləmə xüsusiyyətləri hakerlərə lokal faylları yenidən yazmağa və ya istifadəçidən xəbərsiz kənar proqramları quraşdırmağa imkan verir.

 

Emil Hüseynov





Baxış sayı: 584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024