12px13px15px17px
Tarix:21/12/11

Azərbaycanın İT şirkətinin saytı haker hücumuna məruz qalıb

Azərbaycanın İT şirkəti SayberNet internet resursunun haker hücumu nəticəsində dayandırılan işini bərpa edib. Bu barədə şirkətdən məlumat verilib.

Sistem inteqratoru funksiyasını yerinə yetirən SayberNet "Elektron hökumət" sisteminin texniki quruculuğu üzrə işlərin tapşırıldığı təşkilat seçilib. Şirkət həmçinin Azərbaycanın Vergilər Nazirliyinin elektron sənəd dövriyyəsi sisteminin (bir pəncərə) tətbiqi işlərini də həyata keçirib.

Azərbaycanın İT şirkəti SayberNet internet resursu http://saybernet.az çərşənbə axşamı səhər haker hücumuna məruz qalıb və hakerlər xəbərdarlıq tədbiri kimi saytın inzibatçısına müraciətlə saytda zəifliyin olması ilə bağlı xəbərdaredici mətn faylı göndəriblər.

Məlumata görə, hazırda zəifliyin aradan qaldırılması üzrə işlər görülür və bu istiqamətdə işlər ən qısa müddətdə tamamlanacaq.




Baxış sayı: 1505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024