“Google” apreldə istifadəçilər üçün internetdə yeni məxfilik nəzarət sistemini təqdim edəcək
"Google" şirkəti apreldə "Chrome" brauzeri üçün yeni məxfilik nəzarət sisteminin ilk versiyasını tətbiq edəcək. Bu haqda reklam sahəsi üzrə məxfiliyə cavabdeh olan Devid Temkin şirkətin bloqunda yazıb.
"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, "Chrome apreldə yeni məxfilik nəzarət sisteminin ilk versiyasını təqdim edəcək və gələcəkdə onu genişləndirəcək" – məlumatda deyilir. O, həmçinin bildirib ki, "Google" ikinci rübdə elan verənlərlə birgə "cookie" ("kuki" – veb-server tərəfindən göndərilmiş və istifadəçinin kompüterində saxlanılan kiçik həcmli məlumatdır) fayllarının istifadəsindən imtinaya imkan verəcək "FLoC" alqoritmini sınaqdan keçirməyə başlayacaq. Sistem ayrı-ayrı insanların məlumatlarını ayırmayacaq, bunun əvəzində oxşar üstünlüklərə malik istifadəçilər qrupunu formalaşdıracaq ki, bu da hər bir konkret istifadəçinin məlumatlarının anonimliyini saxlamağa imkan verəcək, elan verənlər isə öz məhsul və xidmətlərinə uyğun gələn reklamın göstərilməsi üçün ümumi təsəvvür əldə edəcəklər.
Şirkət, həmçinin gələcəkdə istifadəçilərin şəxsi məlumatlarının toplanılması üçün yeni sistemlər hazırlamayacaq. "Biz "cookie" fayllarından istifadə dayandırılan kimi ayrı-ayrı insanların izlənilməsi üçün alternativ eyniləşdirmə vasitələri yaratmayacağımızı və öz məhsullarımızda istifadə etməyəcəyimizi bildiririk" – Devid Temkin əmin edib.
Emil Hüseynov
Baxış sayı: 451
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir