12px13px15px17px
Tarix:06/03/21

“Microsoft”un proqram təminatında aşkar edilmiş boşluq ABŞ-da 20 mindən çox təşkilatı təhdid edir

“Microsoft” korporasiyasının “Exchange Server” proqram təminatında aşkar edilmiş boşluğa görə ABŞ-da 20 mindən çox təşkilat haker hücumuna məruz qala bilər. Bu haqda “Reuters” agentliyi məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, agentliyin məlumatına görə, “Exchange Server” proqram təminatındakı boşluq genişmiqyaslı rəqəmli casus kampaniyalarının keçirilməsi məqsədilə istifadə oluna bilər.
 
Bundan əvvəl “Microsoft” korporasiyası ABŞ-da bir sıra özəl şirkətlərin “Exchange Server” proqram təminatı üzərindən haker hücumuna məruz qalması ehtimalına görə sözügedən proqram təminatı üçün yeniləmə təqdim etmişdi.
 
Emil Hüseynov



Baxış sayı: 1523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024