12px13px15px17px
Tarix:19/03/21

Ötən il kibercinayətlərdən itkilərin məbləği 4,2 milyard dollara çatıb

ABŞ Federal Təhqiqatlar Bürosu 2020-ci il üçün internet cinayətləri haqqında hesabat dərc edərək ötən ilin kibecinayətkarlıqdan dəyən ziyanın həcminə görə rekord il olduğunu açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, 2020-ci ildə FTB-yə kiber və internet cinayətkarlığı ilə bağlı 791 790 şikayət daxil olub. Bu, 467 361 şikayətin qeydə alındığı 2019-cu ildən 69 faiz çoxdur. Həmçinin bu növ cinayətkarlıqdan itkilərin məbləği artıb. Belə ki, ötən il kibercinayətkarlıqdan ziyan 4,2 milyard dollara çatıb. Bu, 2019-cu ildən (3,5 milyard dollar) 20 faiz çoxdur. Hər iki rəqəm – şikayətlərin sayı və ümumi itkilər ardıcıl beşinci ildir artır.

 

Əvvəlki illərdə olduğu kimi, daha çox uğur qazanan “BEC” hücumları (business email compromise – işgüzar poçtun ələ keçirilməsi) və “EAC” hücumları (email account compromise – elektron poçtun ələ keçirilməsi) ilə məşğul olan kibercinayətkarlıq qruplaşmaları olub. 2020-ci ildə kibercinayətkarların fəaliyyəti nəticəsində bütün itirilən vəsaitlərin 43 faizi – 1,8 milyard dollar onların payına düşüb.

 

“BEC/EAC” hücumları istifadəçinin elektron poçt hesabına müdaxilə edərək vəsaitlərin cinayətkarların hesabına göndərilməsi məqsədilə digərlərinin (əməkdaşlar və ya işgüzar tərəfdaşlar) aldadılması üçün sonradan həmin istifadəçinin şəxsindən istifadəyə əsaslanır.

 

FTB tərəfindən “BEC/EAC” hücumları ilə yanaşı, fırıldaqçı proqram təminatından istifadə etməklə həyata keçirilən hücumlardan itkilərin sürətli artımı qeydə alınıb. Hesabata görə, 2020-ci ildə ziyanın məbləği 225 faiz – 2019-cu ildəki 8,8 milyon dollardan 29,1 milyon dollaradək artıb.

 

Nizam Nuriyev





Baxış sayı: 562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024