Bu brauzer təhlükəlidir
“Google” şirkətinin “Chrome” brauzeri istifadəçilərin məlumatlarını toplayır və onları reklam məqsədilə istifadə edir. Bu barədə nüfuzlu “Forbes” nəşrinin müəllifi Zak Doffman qeyd edib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Doffman qeyd edib ki, nəzəri cəhətdən “Google” tərəfindən toplanılmış şəxsi məlumatların açıqlanması istifadəçinin məxfiliyinə zərər vura bilər. Jurnalist xatırladıb ki, “Google” şirkəti reklamdan milyardlarla dollar qazanır və müvafiq olaraq istifadəçilərin məlumatlarını üçüncü şəxslərə satır. "Bu baxımdan “Facebook”dan heç nə ilə fərqlənmir" – o deyib.
Həmçinin mütəxəssis əvvəllər də “Chrome” brauzerini tənqid etdiyini bildirib. Korporasiyanın nümayəndələri ən təhlükəsiz proqramların adını açıqlayıblar: “Gmail” poçtu, “Drive” bulud xidməti, "Təqvim" və "Foto" xidmətləri. "Bəli, bu siyahıda “Chrome” brauzeri yoxdur" – müəllif qeyd edir. Beləliklə, “Google” dolayısilə etiraf edir ki, “Chrome” istifadəçilərinin saytlara daxilolma tarixçəsini və ödəniş məlumatlarını araşdırır.
Həmçinin jurnalist ən təhlükəli brauzerlərin reytinqini tərtib edib. Birinci yeri “Chrome” tutub, növbəti yerlərdə “Safari” və “Microsoft Edge” brauzerləri yerləşir.
Emil Hüseynov
Baxış sayı: 830
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir