12px13px15px17px
Tarix:30/03/21

“Android” smartfonlarında təhlükəli troyan aşkar edilib

"Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlarda aşkar edilmiş təhlükəli proqram istifadəçilərin məlumatlarını ələ keçirir. Bu haqda kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış "Zimperium" şirkətinin hesabatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, şirkətin mütəxəssisləri internetdə "Android"in xidməti kimi maskalanmış zərərli proqram təminatı aşkar ediblər. Bu, faktiki olaraq haker serverindən komandalar qəbul edən troyandır. Virusun işi müdaxilə edilmiş qurğudan daha çox məlumat ələ keçirməkdir.

 

Sözügedən troyan messencerlərdən mesajları köçürə, brauzerlərdə əlfəcinlərdən informasiyanı yükləyə, mübadilə buferini yoxlaya, telefon danışıqlarını yaza, proqramlar quraşdıra, smartfon haqqında ətraflı informasiya əldə edə bilir. Qurğuya root giriş əldə etdikdə bu proqram xüsusilə təhlükəli olur.

 

Hesabatın müəllifləri "Google Play" mobil tətbiqlər mağazasından yoxlanılmış proqramlar yükləməyi və həmin proqramların hansı imtiyazlar almasını diqqətlə yoxlamağı tövsiyə ediblər.

 

Emil Hüseynov





Baxış sayı: 551

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024