“Facebook” istifadəçilərinə genişmiqyaslı kiberhücum haqqında xəbərdarlıq edilib
“Facebook” sosial şəbəkəsinə məxsus messencerin istifadəçiləri genişmiqyaslı fırıldaqçı sxemin qurbanı ola bilərdilər. Bu barədə “Group-IB” beynəlxalq şirkətinin mütəxəssisləri xəbərdarlıq ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, dünyada “Facebook Messenger” istifadəçilərinin sayı 1,3 milyardı ötür, sosial şəbəkə istifadəçilərinin sayı isə 2,7 milyarda bərabərdir. Məlumatda deyilir ki, mütəxəssislər ilk dəfə 2020-ci ilin yayında fırıldaqçı sxemi aşkar ediblər, o vaxt hakerlər tərəfindən mövcud olmayan “Facebook Messenger” yeniləməsinin yüklənməsi üçün linklər paylaşılmışdı.
"2021-ci ilin aprelində “Facebook” sosial şəbəkəsində messencerin “son yeniləmə”sini quraşdırmağı təklif edən saxta postların sayı 5700-ə yaxınlaşıb. Dünyanın 84 ölkəsindən olan istifadəçilər bu hücuma məruz qalıblar" – şirkətin mətbuat xidmətindən bildirilib.
Fırıldaqçılar mesajların paylaşıldığı hesablarda oxşar adlardan istifadə ediblər: “Messanger”, “Meseenger”, “Masssengar”, avatar yerinə proqramın rəsmi ikonkasını yükləyiblər. Reklam mesajlarında messencerin yeni funksiyaları, həmçinin saxta funksiyalar (məsələn, mövcud olmayan “Gold” versiyanı yükləmək) haqqında məlumat verilib.
Mesajda yerləşdirilmiş linkə keçid edən istifadəçilər avtorizasiya üçün saxta formadan ibarət fişinq sayta daxil olurdular. Nəticədə qurban öz hesabına girişdən məhrum olmaqla yanaşı, həmçinin öz şəxsi məlumatlarını – telefon nömrəsi və elektron poçtunu itirməklə üzləşirdi. Hakerlər həmin məlumatları spam göndərilməsi üçün istifadə edə, yaxud haker forumlarında sata bilərlər.
“Group-IB” şirkəti belə halların qarşısını almaq üçün istifadəçilərə proqramları və yeniləmələri yalnız rəsmi mağazalardan yükləməyi, yalnız yoxlanılmış şirkət hesablarına etibar etmələrini tövsiyə ediblər.
Emil Hüseynov
Baxış sayı: 7136
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir