Növbəti “Windows 10” yeniləməsi nasazlıqlara səbəb olur
"Nvidia" şirkəti öz kompüter avadanlığı istifadəçilərinə "Windows" əməliyyat sisteminin son yenləməsini ləğv etməyi tövsiyə edir. Bu barədə "WindowsCentral" portalının videokart istehsalçısının nümayəndələrinə istinadən məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "RIA Novosti" resursuna istinadən yazır ki, söhbət apreldə buraxılan "Windows 10 KB5001330" yeniləməsindən gedir. Onu quraşdıran istifadəçilər oyun məhsuldarlığının azaldılması ilə yanaşı, təhüləkəsizlik sistemi yeniləmələrində problemlər və istifadəçi profilində nasazlıqlarla rastlaşıblar.
"Nvidia" şirkəti yeniləməni ləğv edərək "Windows 10" parametrlərində "Windows Update" vasitəsilə əməliyyat sisteminin əvvəlki versiyasına qayıtmağı tövsiyə edir. Bu tədbirin oyun həvəskarlarına, eləcə də bütün istifadəçilərə kömək edəcəyi bildirilir.
Son "Windows 10" yeniləməsində problemlərlə təkcə "Nvidia" deyil, həm də "AMD" videosürətləndiricisi ilə təchiz edilən kompüter sahibləri üzləşiblər. "Microsoft" korporasiyası nasazlıqların aradan qaldırılması üçün rəsmi həll yolunu hələ ki təqdim etməyib.
Nizam Nuriyev
Baxış sayı: 8078
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir