Tarix:25/06/11
NATO-dan “e-Bookshop” xidmətinin şəxsi İT platformada işlədiyini və hərbi ittifaq informasiyasının əsas massivləri ilə əlaqəli olmadığını bildiriblər. Hakerlər tərəfindən ələ keçirilən verilənlər bazasında hər hansı məxfi hərbi və ya dövlət informasiyası olmayıb.
Hal-hazırda “e-BookShop” bütün istifadəçilər üçün bağlanıb və yaxın vaxtlarda qeydiyyatda olmuş istifadəçilər sistemlə iş üçün şifrənin dəyişdirilməsinin labüd olduğu haqqında email vasitəsilə xəbərdarlıq almağa başlayacaqlar. "Bizim araşdırmamız istifadəçinin şəxsi məlumatlarının (ad, şifrə, ünvan və email) ələ keçirilmə faktını təsdiq edib. Hakerlər nəşr sifariş etmiş və ya “e-Bookshop” xidmətinə abunə olmuş insanlar haqqında informasiyanı əldə ediblər. Əgər siz digər veb-platformalar üçün eyni şifrələrdən istifadə edirsinizsə, təcili qeydiyyat üçün rekvizitləri dəyişməyi məsləhət görürük" - NATO-nun bəyanatında bildirilib.
Bu ayın əvvəlində NATO üzv ölkələri İT-resursların “Anonymous” haker qruplaşmasının hücumları üçün hədəf ola biləcəyi barəsində xəbərdar ediliblər. Belə ki, hələ bu qrup “e-BookShop” xidmətini qırmaq məsuliyyətini öz üzərinə götürməyib.
NATO haker hücumuna məruz qalıb
NATO saytının operatorları bu gün “e-Bookshop” xidməti abunəçilərini hakerlərin verilənlər bazasına qeyri-qanuni giriş əldə etdiyi və xidmətin müştəriləri haqqında informasiya əldə etdikləri barəsində xəbərdarlıq edib.NATO-dan “e-Bookshop” xidmətinin şəxsi İT platformada işlədiyini və hərbi ittifaq informasiyasının əsas massivləri ilə əlaqəli olmadığını bildiriblər. Hakerlər tərəfindən ələ keçirilən verilənlər bazasında hər hansı məxfi hərbi və ya dövlət informasiyası olmayıb.
Hal-hazırda “e-BookShop” bütün istifadəçilər üçün bağlanıb və yaxın vaxtlarda qeydiyyatda olmuş istifadəçilər sistemlə iş üçün şifrənin dəyişdirilməsinin labüd olduğu haqqında email vasitəsilə xəbərdarlıq almağa başlayacaqlar. "Bizim araşdırmamız istifadəçinin şəxsi məlumatlarının (ad, şifrə, ünvan və email) ələ keçirilmə faktını təsdiq edib. Hakerlər nəşr sifariş etmiş və ya “e-Bookshop” xidmətinə abunə olmuş insanlar haqqında informasiyanı əldə ediblər. Əgər siz digər veb-platformalar üçün eyni şifrələrdən istifadə edirsinizsə, təcili qeydiyyat üçün rekvizitləri dəyişməyi məsləhət görürük" - NATO-nun bəyanatında bildirilib.
Bu ayın əvvəlində NATO üzv ölkələri İT-resursların “Anonymous” haker qruplaşmasının hücumları üçün hədəf ola biləcəyi barəsində xəbərdar ediliblər. Belə ki, hələ bu qrup “e-BookShop” xidmətini qırmaq məsuliyyətini öz üzərinə götürməyib.
Baxış sayı: 1142
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir