12px13px15px17px
Tarix:16/05/21

“Windows” yeniləməsi kompüterləri sıradan çıxarıb

“Windows 10” əməliyyat sistemi yeniləməsi kompüterlərin sıradan çıxmasına səbəb olub. Bu barədə “Windows Latest” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər “Microsoft” korporasiyasına məxsus əməliyyat sistemi istifadəçilərinin çoxsaylı şikayətlərinə diqqət yetiriblər. Onların sözlərinə görə, kompüterlərlə bağlı problemlər “AMD” şirkətinin 9.3.0.221 nömrəli proqram təminatı quraşdırıldıqdan sonra başlayıb. “Windows yeniləmə mərkəzi” vasitəsilə yayılan proqram təminatı bir sıra fərdi kompüterlərə məcburi quraşdırılıb. Məsələn, naməlum səhv səbəbindən proqram təminatı “göy ölüm ekranı”nın (Blue Screen of Death, BSoD) görünməsinə gətirib çıxarır.

 

“AMD” proqram təminatı ilə bağlı problemlər haqqında ilk hesabatlar aprelin sonunda dərc olunub – nasazlıqlar “Windows 10” sisteminin beta versiyasının istifadəçiləri tərəfindən aşkarlanıb. Rəylərə görə, defekt proqram təminatı “Windows” yoxlama sistemindən yan keçərək əməliyyat sisteminin 2004 və “20H2” versiyalarının idarəetməsi ilə işləyən kompüterlərə quraşdırılıb.

 

“Microsoft” korporasiyası problemə hələ ki reaksiya verməyib. Lakin korporasiyanın adının çəkilməsini istəməyən əməkdaşı jurnalistlərlə söhbət zamanı etiraf edib ki, problemli yeniləmə artıq mühəndislər tərəfindən “Windows yeniləmə mərkəzi”ndən silinib.

 

Nizam Nuriyev





Baxış sayı: 9371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Dekabr 2024

26 12 2024