Şifrləyici virus İrlandiyanın səhiyyə sistemini iflic edib
İrlandiyanın Səhiyyə Sistemi (Health Service Executive) şifrləyici virusun qurbanı olub. Virus informasiya sistemlərinə girişi bloklayıb – nəticədə zərərli proqram təminatının daha da geniş yayılmaması üçün müvəqqəti olaraq bütün kompüter şəbəkəsini deaktiv etmək lazım gəlib.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, İrlandiyanın Dövlət Satınalmaları və Elektron Hökumət üzrə naziri Ossian Smit bu hadisəni ölkə tarixində bəlkə də ən böyük kiberhücum adlandırıb.
Birbaşa insanlar tərəfindən idarə olunan bu hücum beynəlxalq səviyyədə təşkil edilib. "Bu, pul tələb edən kibercinayətkar qruplaşmadır – Smit deyib. Onlar bizim məlumatlarımızı şifrləməyə və bloklamağa çalışırlar ki, biz həmin məlumatları deşifr etmək üçün pul ödəyək".
İrlandiyanın Səhiyyə naziri Stiven Donnelli öz növbəsində deyib ki, baş vermiş hadisə "səhiyyə və sosial təminat xidmətlərinə çox ciddi təsir göstərib". Məsələn, Dublində yerləşən Rotonda doğum evi "kritik fövqəladə vəziyyət" səbəbindən ambulator müalicəni ləğv edib.
Uşaq xəstəxanaları daxil olmaqla digər İrlandiya xəstəxanaları, həmçinin elektron qəbula yazılmanı ləğv ediblər. Təcili yardım xidmətləri hələ ki ştat rejimində işlərinə davam edirlər.
Emil Hüseynov
Baxış sayı: 9517
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir