12px13px15px17px
Tarix:30/12/11

70%-dən çox smartfon sahibi aparata antivirus proqram təminatı quraşdırmır

Mobil qurğu istifadəçiləri əvvəlki kimi nadir hallarda öz aparatlarına antivirus proqram təminatı quraşdırırlar və öz məlumatlarının müdafiəsi üçün zəif  şifrələrdən istifadə edirlər. Bu isə acınacaqlı nəticələrə səbəb ola bilər.

“McAfee” və "Milli kompyuter təhlükəsizliyi ittifaqı" (National Cyber Security Alliance, NCSA) tərəfindən hazırlanmış yeni hesabatda növbəti dəfə bildirilib  ki, mobil qurğu istifadəçilərində təhlükəsizliklə bağlı informasiya azdır.

Mütəxəssislər aydınlaşdırıblar ki, smartfon sahiblərinin böyük əksəriyyəti  mobil qurğularının kibercinayətkar hücumlarından müdafiə olunduğunu hesab edirlər.

Sorğuda iştirak edən respondentlərin 70%-dən çoxu bildiriblər ki, onlar öz aparatlarına heç vaxt antivirus proqram təminatı quraşdırmayıblar. Səbəb isə məlumat oğurluğundan və digər kibertəhlükə  növlərindən qorunduqlarına əmin olmalarıdır.




Baxış sayı: 1592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024