12px13px15px17px
Tarix:28/06/11

Məşhur haker qruplaşması “ağ bayraq” qaldırdı

“Lulz Security” haker qruplaşması fəaliyyətlərini dayandırdıqlarını elan ediblər. Qrup iyun ayının 26-da öz bəyanatını “pastebin.com” saytında dərc edib. Vidalaşma müraciətində qrup onun tərkibinə 6 nəfərin daxil olduğunu bildirib.
Layihə isə əvvəlcədən 50 gün “fəaliyyət"ə hesablanıb. Qeyd edək ki, doğrudan da qrup məhz 50 gün fəaliyyət göstərib. Qrup “The Lulz Boat” kimi də məşhur idi. Onlar öz vida məktublarında "Sağollaşmaq vaxtı çatdı. İndi biz uzaqlara yollanırıq" – deyə, qeyd ediblər.
Qrup fəaliyyətdə olduğu müddət ərzində uğurlu DDoS hücumlar həyata keçirib, “Fox” kanalı, “Sony” korporasiyası bölmələrinin, FBR bölmələri, ABŞ Senatının daxili şəbəkəsinin, MKİ-nin və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə (SOCA) Britaniya agentliyinin saytlarını qırıblar.
Hakerlər ideologiyalarının “gülüş” olduğunu bildiriblər. “Lulz Sec” fəaliyyətlərinin dayandırılması haqqında xəbərdə izah ediblər ki, saytların iş fəaliyyətini sadəcə olaraq bunu bacardıqlarına görə pozublar.
“Lulz Sec” qrupu öz planlarından imtina etməyə nəyin səbəb olduğunu açıqlamır.



Baxış sayı: 1220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024