Tarix:17/01/12
Mesajda bildirilib ki, 1,7 QB-lıq arxiv sabah açıq girişdə yerləşdiriləcək.Hakerlər bildiriblər ki, onlar “Symantec” antivirus proqramının mənbə kodlarını hind hökumət serverlərindən ələ keçirməyi bacarıblar.
“Symantec” şirkəti yanvar ayının əvvəlində təsdiqləyib ki, şirkətin iki köhnəlmiş korporativ həllinin mənbə kodları hakerlər tərəfindən ələ keçirilib. Dərc edilmiş kodlar isə 4-5 il bundan əvvəlki məhsullara aiddir.
“Symantec” şirkətinin bəyanatında bildirilmişdi ki, şirkətin şəbəkəsi “sındırılmayıb” və kibercinayətkarlar mənbə kodlarına "üçüncü tərəf" vasitəsilə giriş əldə ediblər.
“Symantec” şirkətinin mətbuat katibi Kris Paden mənbə kodlarının nəşrinin şirkət tərəfindən satılan müasir məhsullara heç bir təsir etmədiyini təsdiqləyib.
Hindistan hakerləri “Norton Antivirus” mənbə kodlarını dərc edəcək
“Yama Tough” kimi tanınmış haker qrupunun “Twitter” şəbəkəsində dərc etdiyi mesaja əsasən, onlar “Symantec” şirkətinin istehsalı olan “Norton Antivirus” antivirus proqram məhsulunun tam mənbə kodunu bu həftə dərc etməyə söz veriblər.Mesajda bildirilib ki, 1,7 QB-lıq arxiv sabah açıq girişdə yerləşdiriləcək.Hakerlər bildiriblər ki, onlar “Symantec” antivirus proqramının mənbə kodlarını hind hökumət serverlərindən ələ keçirməyi bacarıblar.
“Symantec” şirkəti yanvar ayının əvvəlində təsdiqləyib ki, şirkətin iki köhnəlmiş korporativ həllinin mənbə kodları hakerlər tərəfindən ələ keçirilib. Dərc edilmiş kodlar isə 4-5 il bundan əvvəlki məhsullara aiddir.
“Symantec” şirkətinin bəyanatında bildirilmişdi ki, şirkətin şəbəkəsi “sındırılmayıb” və kibercinayətkarlar mənbə kodlarına "üçüncü tərəf" vasitəsilə giriş əldə ediblər.
“Symantec” şirkətinin mətbuat katibi Kris Paden mənbə kodlarının nəşrinin şirkət tərəfindən satılan müasir məhsullara heç bir təsir etmədiyini təsdiqləyib.
Baxış sayı: 1491
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir