Tarix:30/06/11
21 iyun 2011-ci il tarixdə İstanbul şəhərinə (Türkiyə) ezam olunan AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun rəhbərlik etdiyi İTİ-nin bir qrup əməkdaşı Mərmərə Universitetindəki treninqlərdə uğurla iştirak ediblər.
R.Ələkbərovun sözlərinə görə, identifikasiya infrastrukturunun yaradılması məsələləri üzrə keçirilən təlimlərdə başlıca məqsəd istifadəçilər üçün “İdentity Provider” avtorizasiya bazasını yaratmaq və gələcəkdə eyni loqin və paroldan istifadə etməklə çoxsaylı servislərə müraciət olunmasına imkan yaradılmasıdır: “Təlim kurslarında proqram təminatları və protokollar haqqında əldə olunan praktiki biliklər gələcəkdə AzScienceNet elm kompyuter şəbəkəsindən səmərəli istifadəyə və monitorinq sistemininin müvafiq tələblər əsasında qurulmasına imkan verəcək”.
Baş mühəndisin bildirdiyinə görə, bu xidmətdən istifadə AzScienceNet şəbəkəsinin TERENA himayəsi altında olan şəbəkə infrastrukturuna da qoşulmasına köməklik edəcək.
İTİ-nin şəbəkə təhlükəsizliyi üzrə mütəxəssisləri TERENA-nın treninqlərində iştirak ediblər
TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatının himayəsi altında şəbəkə xidməti üzrə keçirilən “Identity Provider” (İdentifikasiya provayderi) təlim kursları başa çatıb.21 iyun 2011-ci il tarixdə İstanbul şəhərinə (Türkiyə) ezam olunan AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun rəhbərlik etdiyi İTİ-nin bir qrup əməkdaşı Mərmərə Universitetindəki treninqlərdə uğurla iştirak ediblər.
R.Ələkbərovun sözlərinə görə, identifikasiya infrastrukturunun yaradılması məsələləri üzrə keçirilən təlimlərdə başlıca məqsəd istifadəçilər üçün “İdentity Provider” avtorizasiya bazasını yaratmaq və gələcəkdə eyni loqin və paroldan istifadə etməklə çoxsaylı servislərə müraciət olunmasına imkan yaradılmasıdır: “Təlim kurslarında proqram təminatları və protokollar haqqında əldə olunan praktiki biliklər gələcəkdə AzScienceNet elm kompyuter şəbəkəsindən səmərəli istifadəyə və monitorinq sistemininin müvafiq tələblər əsasında qurulmasına imkan verəcək”.
Baş mühəndisin bildirdiyinə görə, bu xidmətdən istifadə AzScienceNet şəbəkəsinin TERENA himayəsi altında olan şəbəkə infrastrukturuna da qoşulmasına köməklik edəcək.
Baxış sayı: 1094
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir