Tarix:27/01/12
Bu yenilik şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bəziləri yeniliyin yaxşı olduğunu hesab edirlər. Digərləri isə prinsip etibarilə blok etmə konsepsiyasını qəbul etmirlər və “Twitter” şəbəkəsini tənqid edirlər.
“Twitter”dən bildiriblər ki, onlar orta məxrəci tapmağa çalışıblar və yeni alət əvvəlki kimi bütün xidməti deyil, fərdi mesaj və ya mikrobloqları blok etməyə imkan verir.
Yeni sistem şirkət tərəfindən idarə olunacaq və əgər istifadəçi bu və ya digər ölkənin qanunlarını pozan materialları dərc etmək istəsə, o zaman o, müvafiq xəbərdarlıq alacaq.
Yeni sistemə əsasən, onun tviti həmin ölkənin auditoriyası üçün blok ediləcək, halbuki digər ölkələrdə o tviti oxumaq mümkün olacaq.
Son məlumatlara əsasən, “Twitter” şəbəkəsindən təxminən 100 milyon insan fəal olaraq istifadə edir, hərçənd ki layihə istifadəçilərinin ümumi bazası 2.5 dəfə daha çoxdur. Şirkət isə bir neçə ildən sonra istifadəçilərin bazasını 1 milyarda çatdırmağı planlaşdırır.
“Twitter” senzura sisteminə keçir?!
“Twitter” mikrobloqlar xidməti öz texnologiyalarını təkmilləşdirib. İndi o, istifadəçilərin hər hansı mesajlarını elə blok edə bilər ki, ona bir ölkə ərazisindən baxmaq mümkün olmasın. Bununla belə digər ölkə istifadəçiləri həmin mesaja baxa bilərlər.Bu yenilik şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bəziləri yeniliyin yaxşı olduğunu hesab edirlər. Digərləri isə prinsip etibarilə blok etmə konsepsiyasını qəbul etmirlər və “Twitter” şəbəkəsini tənqid edirlər.
“Twitter”dən bildiriblər ki, onlar orta məxrəci tapmağa çalışıblar və yeni alət əvvəlki kimi bütün xidməti deyil, fərdi mesaj və ya mikrobloqları blok etməyə imkan verir.
Yeni sistem şirkət tərəfindən idarə olunacaq və əgər istifadəçi bu və ya digər ölkənin qanunlarını pozan materialları dərc etmək istəsə, o zaman o, müvafiq xəbərdarlıq alacaq.
Yeni sistemə əsasən, onun tviti həmin ölkənin auditoriyası üçün blok ediləcək, halbuki digər ölkələrdə o tviti oxumaq mümkün olacaq.
Son məlumatlara əsasən, “Twitter” şəbəkəsindən təxminən 100 milyon insan fəal olaraq istifadə edir, hərçənd ki layihə istifadəçilərinin ümumi bazası 2.5 dəfə daha çoxdur. Şirkət isə bir neçə ildən sonra istifadəçilərin bazasını 1 milyarda çatdırmağı planlaşdırır.
Baxış sayı: 1677
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib