12px13px15px17px
Tarix:31/01/12

Federal Təhlükəsizlik Bürosu “MegaUpload” serverlərindən məlumatları silməyəcək

FTB (Federal Təhlükəsizlik Bürosu) tərəfindən bağlanmış "MegaUpload" fayl mübadiləsi xidmətində yerləşdirilmiş istifadəçilərin məlumatları cümə axşamı silinməyəcək. Çünki Kim Dotkomun vəkilləri Amerika hakimiyyəti və şirkətlər ilə razılaşa biliblər və məlumatların serverdə saxlanılma müddətini ən azı 2 həftə uzada biliblər.

Bundan əvvəl "MegaUpload"-ın yaradıcısı Kim Dotkomun vəkili Ayra Rotken bildirmişdi ki, məlumatların silinməsi onun müştərisinin müdafiə edilməsini çətinləşdirəcək, həmçinin xidmətdə şəxsi foto və sənədləri saxlamış  istifadəçilər də zərər çəkəcəklər.

Lakin qeyd etmək lazımdır ki, serverlərin kirayəsinə görə pul ödəmək lazımdır.  "MegaUpload"-ın hesabları isə dondurulub. Beləliklə, əgər yaxın 2 həftə ərzində hər hansı bir həll yolu tapılmasa, adi istifadəçilər öz məlumatlarını itirəcəklər, çünki serverlərin sahibləri həmin məlumatları pulsuz uzun müddət saxlaya bilməyəcəklər.




Baxış sayı: 1597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024