12px13px15px17px
Tarix:03/02/12

Antivirus istehsalçısı ilə nəhəng İT şirkəti qlobal ortaq oldular

“Kaspersky Lab”, “Samsung” Korporativ Əməkdaşlıq Proqramının “Qızıl üzvü” olduğunu bildirib. Bu yeni qlobal ortaqlıq şirkətlər arasında daha yaxın əməkdaşlıq  və “Kaspersky Lab” məhsullarının “Samsung” məhsulları qrupunda daha çox istifadə imkanlarını təqdim edir.

“Kaspersky Lab”ın Marketinq və satış üzrə rəhbəri Qarri Kondakov yeni əməkdaşlıq  haqqında bunları bildirib: “Samsung Electronics” ilə əməkdaşlığın yeni bir səviyyəyə qədəm qoymasından çox məmnunuq.

”Samsung” Korporativ Əməkdaşlıq Proqramına üzvlüyümüz şirkətin zəngin təcrübəsindən istifadə etməklə mobil telefon sektoruna dair işlərimizin daha da inkişaf etməyinə kömək edəcək.

Eyni zamanda, bu, məhsullarımızın “Samsung Electronics”in qlobal şəbəkəsi üzərindən yayılmasını artırmaqla dünya bazarındakı mövqeyimizin güclənməsini təmin edəcək”.





Baxış sayı: 1923

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024