Tarix:07/02/12
2011-ci ildə troyanlar üstünlük təşkil ediblər. Məlumat üçün qeyd edim ki, 2009-cu ildə troyanlar bütün ziyanverici proqram təminatının 60%-ni təşkil ediblər, 2010-cu ildə isə troyanların payı 56%-ə qədər azalıb. Lakin 2011-ci ildə bu göstərici 73%-ə qədər artıb: hazırda yaradılmış 4 ziyanverici proqram nümunəsindən 3-ü troyandır, daha sonra yayılma dərəcəsinə görə virus (14,24%) və "soxulcan"lar (8,13%) gəlir.
Çin, Tayland və Tayvan virusa yoluxma dərəcəsinə görə yenidən rekordçu olublar. Yalnız bu 3 ölkədə ziyanverici proqram təminatına yoluxma dərəcəsi orta dünya göstəricisini ötür.
Hesabatda 2011-ci il üzrə kompyuter təhlükəsizliyi dünyasındakı daha əhəmiyyətli hadisələr işıqlandırılıb. Məsələn, 2011-ci ildə "Sony" korporasiyası kütləvi haker hücumlarına məruz qalıb. Nəticədə 100 milyondan çox hesabdakı məlumatlar ələ keçirilib.
Hesabatda xüsusi diqqət internet istifadəçilərinin həyatında əhəmiyyətli rol oynayan "Facebook" və "Twitter" sosial şəbəkələrinə ayrılıb. 2011-ci ildə yaradılmış "Google+" sosial şəbəkəsinin sürətli inkişafına (istifadəyə verildikdən bir neçə həftə ərzində 25 milyondan çox istifadəçi qeydiyyatdan keçib) baxmayaraq, "Google+" platforması hələ də öz rəqibindən əhəmiyyətli dərəcədə geri qalır. Buna görə də "Google+" platforması kiberfırıldaqçılar üçün elə çox əhəmiyyət kəsb etmir.
Hesabatda 2011-ci ildə dünyada kiberhücumların sayının artdığı qeyd edilib. Bu hücumlardan isə daha çox hökumət saytları, həmçinin dövlət sifarişini yerinə yetirən şirkətlərin saytları ziyan görüblər.
EMIL
2011-ci ildə 26 milyon ziyanverici proqram təminatı nümunəsi qeydə alınıb
"Cybersecurity.ru" saytının məlumatına əsasən, "PandaLabs" antivirus laboratoriyası 2011-ci il üçün təhlükəsizlik üzrə illik hesabatı dərc edib. Hesabata əsasən, 2011-ci ildə yaradılmış ziyanverici proqram təminatının həcmi rekord göstəriciyə – 26 milyona çatıb; bu isə dünyada indiyə kimi mövcud olmuş kibertəhlükələrin (88 milyon) üçdə birini təşkil edir.2011-ci ildə troyanlar üstünlük təşkil ediblər. Məlumat üçün qeyd edim ki, 2009-cu ildə troyanlar bütün ziyanverici proqram təminatının 60%-ni təşkil ediblər, 2010-cu ildə isə troyanların payı 56%-ə qədər azalıb. Lakin 2011-ci ildə bu göstərici 73%-ə qədər artıb: hazırda yaradılmış 4 ziyanverici proqram nümunəsindən 3-ü troyandır, daha sonra yayılma dərəcəsinə görə virus (14,24%) və "soxulcan"lar (8,13%) gəlir.
Çin, Tayland və Tayvan virusa yoluxma dərəcəsinə görə yenidən rekordçu olublar. Yalnız bu 3 ölkədə ziyanverici proqram təminatına yoluxma dərəcəsi orta dünya göstəricisini ötür.
Hesabatda 2011-ci il üzrə kompyuter təhlükəsizliyi dünyasındakı daha əhəmiyyətli hadisələr işıqlandırılıb. Məsələn, 2011-ci ildə "Sony" korporasiyası kütləvi haker hücumlarına məruz qalıb. Nəticədə 100 milyondan çox hesabdakı məlumatlar ələ keçirilib.
Hesabatda xüsusi diqqət internet istifadəçilərinin həyatında əhəmiyyətli rol oynayan "Facebook" və "Twitter" sosial şəbəkələrinə ayrılıb. 2011-ci ildə yaradılmış "Google+" sosial şəbəkəsinin sürətli inkişafına (istifadəyə verildikdən bir neçə həftə ərzində 25 milyondan çox istifadəçi qeydiyyatdan keçib) baxmayaraq, "Google+" platforması hələ də öz rəqibindən əhəmiyyətli dərəcədə geri qalır. Buna görə də "Google+" platforması kiberfırıldaqçılar üçün elə çox əhəmiyyət kəsb etmir.
Hesabatda 2011-ci ildə dünyada kiberhücumların sayının artdığı qeyd edilib. Bu hücumlardan isə daha çox hökumət saytları, həmçinin dövlət sifarişini yerinə yetirən şirkətlərin saytları ziyan görüblər.
EMIL
Baxış sayı: 1553
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir