12px13px15px17px
Tarix:08/02/12

"Anonymous" haker qrupu Suriya prezidentinin məsləhətçilərinin poçtunu “sındırıblar”

"Ria.ru" saytının məlumatına əsasən, "Anonymous" haker qruplaşması Suriya prezident administrasiyası nümayəndələrinin elektron poçt qutularına giriş əldə ediblər və Bəşər Əsədin Amerikanın "ABC" telekanalına verəcəyi müsahibəyə hazırlığı ilə bağlı yazışmasını dərc ediblər, - İsrailin "Haaretz" qəzeti yazıb.

Nəşrin məlumatına görə, serverin "qırılması" nəticəsində hakerlər Suriya prezidenti Bəşər Əsədin onlarla köməkçi və məsləhətçilərinin elektron məktublarını ələ keçiriblər. Prezident administrasiyası nümayəndələrinin poçt qutuları çox sadə "12345" şifrəsi ilə qorunurmuş.

Elektron məktubların müəllifləri arasında Suriya prezident administrasiyasının rəhbəri Mənsur Fadallah Assam (Mansour Fadlallah Azzam) və prezidentin mətbuatla əlaqələr üzrə məsləhətçisi Butayna Şaabanın (Bouthaina Shaaban) olduğu bildirilib.

Hakerlər tərəfindən ələ keçirilmiş bir sıra məktublarda Bəşər Əsədin "ABC News"-in müxbiri Barbara Uolterslə (Barbara Walters) müsahibəyə hazırlığı təfərrüatı ilə müzakirə edilir,- "Haaretz" qəzeti yazıb. Məlumat üçün qeyd edim ki, müsahibə 2011-ci ilin dekabr ayında olub.


BMT-dəki Suriya missiyasının rəhbəri Şeherazad Cafari (Sheherazad Jaafari) tərəfindən müsahibədən 10 gün əvvəl göndərilmiş elektron məktubda amerikalı jurnalistlə söhbətin məzmunu haqqında bir sıra məsləhətlər verilib,- nəşr xəbər verib. Məsələn, qeyd edilib ki, amerikalıların psixologiyasını asanlıqla idarə etmək olar.

Məktubun mətninə əsasən, Bəşər Əsədə Suriyada "Facebook" sosial şəbəkəsi və "YouTube" videohostinqinə çıxış imkanının açıq olmasını bildirmək tövsiyə edilib, çünki onlar Amerika vətəndaşları üçün vacibdir.

"Anonymous" haker qrupunun üzvləri 2010-cu ilin sonunda ifşaedici "WikiLeaks" resursunun iş fəaliyyətinə mane olmuş şirkət və təşkilatların saytlarına hücumlar təşkil etməklə çox populyarlaşdılar. Hücum edilmiş resurslar arasında "PayPal", "Visa" , "MasterSard" və s. resurslar var idi.
 




Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyun 2018

23 06 2018

23/06/18
İlk ümumdünya “5G” standartı təsdiq edilib

Mobil sənaye və “3GPP” konsorsiumu avtonom “5G” spesifikasiyasını rəsmən təsdiq ediblər.

23/06/18
“YouTube”da populyar kanallar ödənişli olacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar 

23/06/18
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək

“Google Chrome” brauzeri “ağıllı” oflayn rejimlə təchiz edilib. Yenilənmə proqrama smartfona 

23/06/18
Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Karlsruye Texnologiya İnstitutun

23/06/18
ABŞ Yer kürəsinin asteroidlərdən qorunması üçün səyləri artırır

ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq