Tarix:10/02/12
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə saytın ideya müəllifi və təşkilatçısı İlham Abduyev məlumat verib. Onun sözlərinə görə, sayt istifadəçilərə Azərbaycanla yanaşı, yeddi dildə - ingilis, alman, rus, türk, fransız, ispan dillərində təqdim olunur: "Sayt 40 bölmə, 200 linkdən ibarətdir. Hər bir bölmə Qarabağ haqqında ayrı-ayrı informasiyalar bazasına malikdir.
Bölmələrdə Qarabağ tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi yer alıb. Bundan başqa, burada Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü və s. kimi məlumatlara da geniş yer ayrılıb.
Bir sözlə, Qarabağ həqiqətlərini bütövlükdə özündə əks etdirən saytı Qarabağ haqqında ensiklopediya hesab etmək olar və bu, sözsüz, bölgə haqqında internet məkanında informasiya bolluğu yaradacaq". İ.Abduyev hesab edir ki, sayt xaricdə yaşayan azərbaycanlılar, o cümlədən Azərbaycan lobbisi üçün məlumat mənbəyi kimi çox faydalı olacaq: "Saytın vizual texniki tərtibatı da mükəmməl hazırlanıb.
Saytın loqosunun fonunda Qarabağ bölgəsinin yenicə əldə edilmiş şəkilləri öz əksini tapır. Bundan başqa, saytda yerləşdirilən informasiyaları vizuallaşdıran video və foto bölmələri fəaliyyət göstərir".
HƏQİQƏT
Azərbaycanın tarixi həqiqətlərini əks etdirən daha bir sayt fəaliyyətə başladı
Azərbaycanın tarixi həqiqətlərini əks etdirən daha bir sayt fəaliyyətə başladı. "www.garabagh.net" adlanan bu saytın hazırlanması "www.azerbaijans.com" saytının kollektivi tərəfindən həyata keçirilir.Bu barədə "İCTnews" elektron xəbər xidmətinə saytın ideya müəllifi və təşkilatçısı İlham Abduyev məlumat verib. Onun sözlərinə görə, sayt istifadəçilərə Azərbaycanla yanaşı, yeddi dildə - ingilis, alman, rus, türk, fransız, ispan dillərində təqdim olunur: "Sayt 40 bölmə, 200 linkdən ibarətdir. Hər bir bölmə Qarabağ haqqında ayrı-ayrı informasiyalar bazasına malikdir.
Bölmələrdə Qarabağ tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi yer alıb. Bundan başqa, burada Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü və s. kimi məlumatlara da geniş yer ayrılıb.
Bir sözlə, Qarabağ həqiqətlərini bütövlükdə özündə əks etdirən saytı Qarabağ haqqında ensiklopediya hesab etmək olar və bu, sözsüz, bölgə haqqında internet məkanında informasiya bolluğu yaradacaq". İ.Abduyev hesab edir ki, sayt xaricdə yaşayan azərbaycanlılar, o cümlədən Azərbaycan lobbisi üçün məlumat mənbəyi kimi çox faydalı olacaq: "Saytın vizual texniki tərtibatı da mükəmməl hazırlanıb.
Saytın loqosunun fonunda Qarabağ bölgəsinin yenicə əldə edilmiş şəkilləri öz əksini tapır. Bundan başqa, saytda yerləşdirilən informasiyaları vizuallaşdıran video və foto bölmələri fəaliyyət göstərir".
HƏQİQƏT
Baxış sayı: 1537
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib