Tarix:16/02/12
Amma rahatlığı ilə yanaşı, bu məlumatyığma qurğularının yarada biləcəyi təhlükələr də istisna olunmur. Belə ki, yaddaş qurğuları itərsə və ya oğurlanarsa, fayllar başqaları tərəfindən asanca görülə bilər. Bu zaman hətta daha əvvəl silinən fayllara da çatmaq mümkündür.
Buna baxmayaraq, ekspertlər bu vəziyyətdən də çıxış yolunun olduğunu deyirlər. “KÜR” Elektron Avadanlıqları İstehsalı müəssisəsinin direktoru Rizvan Osmanov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, bunun üçün şifrələnmə olduqca vacibdir: ” Bu gün şirkətlərə aid həssas məlumatlar yalnız iş yerindəki kompyuterlərdə olmur. USB yaddaş qurğuların və xarici harddisklərin istifadəsi ilə mobil hala gəldi.
Ümumiyyətlə, məlumatların daşına bilməsi bu günün rəqabətli iş dünyasında kritik hala gəlib, ancaq bu vəziyyət təşkilatlar üçün daşınan riski də artırar”.
Ən diqqətə çarpan risk USB yaddaş qurğusunun itdiyi və ya oğurlandığı halda içindəki məlumatlara üçüncü şəxs tərəfindən baxılmasıdır: ”Daşınan həssas və risk altındakı məlumatlar müştərilərə aid məlumatlar, şirkət məlumatları, patent və ya təltif haqqı kimi fikri mülkiyyət haqlarına mövzu ola biləcək işlər, personal şəxsiyyət məlumatları və s. ola bilər.
Bu kimi məlumatların kənar şəxslərin əlinə keçməsi şirkətlər üçün güvən, müştəri və satış itkisi ilə nəticələnə bilər. Amma USB yaddaş qurğuları və xarici USB diskini USBK ilə şifrələyərək başqalarının sizin fayllarınızı görməsinin qarşısını ala bilərsiniz. Bununla da məlumat və bilgilərinizin başqaları tərəfindən ələ keçirilmə riski olmadan saxlanması və daşınmasını reallaşdırmaq mümkündür.
Şirkətlər “USB-K CryptoBridge” istifadə edərək, məlumatları çalışanların hərəkət halında ikən belə qoruya bilərlər”.
R.Osmanovun sözlərinə görə, hazırda insanların böyük əksəriyyətinin “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdən istifadəsi fərdi məlumatların qorunmasını da aktuallığa çevirir: ”Fərdi gizliliyinizin də qorunması mümkündür. Belə ki, kriptolama, yəni şifrələmə fərdi məlumatlarınızı sizdən başqa kimsənin görməsinə mane olar.
“USBK CryptoBridge”, "hər vaxt və anında" kriptolama xüsusiyyəti ilə bunu sizin üçün edə bilər və sıravi USB flash yaddaşınızı və başqa fərdi məlumatlarınızı etibarlı hala çevirər”. Bundan başqa, ayaqüstü (on-the-fly) şifrələmə yığılan məlumatın fayllama sistemi də daxil olmaqla, hamısı təchizat əsaslı 128-bit AES (Advanced Encryption Standart) ilə kriptolanaraq qorunur: ”Digər variant Sərhədsiz Fərdi Təhlükəsizlikdir.
Bu zaman da istədiyiniz tutumda USB yaddaş, USB xarici harddisk istifadə edə bilərsiniz ki, ədəd və tutum üçün heç bir istiqamətdən məhdudlaşdırma yoxdur. Fərdi təhlükəsizliyinizi qorumağa, mobil fərdi məlumatlarınızı adınıza kriptolayan “USBK CryptoBridge” əldə edərək asanca başlaya bilərsiniz ki, onun da 3 şifrələmə və 1 şifrələmə tətbiq oluna bilən növləri mövcuddur”.
HƏQİQƏT
Ciddi təhdid yaradan USB yaddaş qurğularını şifrələr qoruyacaq
Daşınabilən yaddaş qurğuları iş həyatında və şəxsi həyatda məlumat və sənədləri saxlamaq, yaddaşa salmaq üçün geniş istifadə edilməkdədir. Xüsusən də USB yaddaş qurğuları, eləcə də xarici USB disklərinin asan daşınması və yüksək tutumlu olması onlara daha çox üstünlük verilməsinə imkan yaradır.Amma rahatlığı ilə yanaşı, bu məlumatyığma qurğularının yarada biləcəyi təhlükələr də istisna olunmur. Belə ki, yaddaş qurğuları itərsə və ya oğurlanarsa, fayllar başqaları tərəfindən asanca görülə bilər. Bu zaman hətta daha əvvəl silinən fayllara da çatmaq mümkündür.
Buna baxmayaraq, ekspertlər bu vəziyyətdən də çıxış yolunun olduğunu deyirlər. “KÜR” Elektron Avadanlıqları İstehsalı müəssisəsinin direktoru Rizvan Osmanov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, bunun üçün şifrələnmə olduqca vacibdir: ” Bu gün şirkətlərə aid həssas məlumatlar yalnız iş yerindəki kompyuterlərdə olmur. USB yaddaş qurğuların və xarici harddisklərin istifadəsi ilə mobil hala gəldi.
Ümumiyyətlə, məlumatların daşına bilməsi bu günün rəqabətli iş dünyasında kritik hala gəlib, ancaq bu vəziyyət təşkilatlar üçün daşınan riski də artırar”.
Ən diqqətə çarpan risk USB yaddaş qurğusunun itdiyi və ya oğurlandığı halda içindəki məlumatlara üçüncü şəxs tərəfindən baxılmasıdır: ”Daşınan həssas və risk altındakı məlumatlar müştərilərə aid məlumatlar, şirkət məlumatları, patent və ya təltif haqqı kimi fikri mülkiyyət haqlarına mövzu ola biləcək işlər, personal şəxsiyyət məlumatları və s. ola bilər.
Bu kimi məlumatların kənar şəxslərin əlinə keçməsi şirkətlər üçün güvən, müştəri və satış itkisi ilə nəticələnə bilər. Amma USB yaddaş qurğuları və xarici USB diskini USBK ilə şifrələyərək başqalarının sizin fayllarınızı görməsinin qarşısını ala bilərsiniz. Bununla da məlumat və bilgilərinizin başqaları tərəfindən ələ keçirilmə riski olmadan saxlanması və daşınmasını reallaşdırmaq mümkündür.
Şirkətlər “USB-K CryptoBridge” istifadə edərək, məlumatları çalışanların hərəkət halında ikən belə qoruya bilərlər”.
R.Osmanovun sözlərinə görə, hazırda insanların böyük əksəriyyətinin “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdən istifadəsi fərdi məlumatların qorunmasını da aktuallığa çevirir: ”Fərdi gizliliyinizin də qorunması mümkündür. Belə ki, kriptolama, yəni şifrələmə fərdi məlumatlarınızı sizdən başqa kimsənin görməsinə mane olar.
“USBK CryptoBridge”, "hər vaxt və anında" kriptolama xüsusiyyəti ilə bunu sizin üçün edə bilər və sıravi USB flash yaddaşınızı və başqa fərdi məlumatlarınızı etibarlı hala çevirər”. Bundan başqa, ayaqüstü (on-the-fly) şifrələmə yığılan məlumatın fayllama sistemi də daxil olmaqla, hamısı təchizat əsaslı 128-bit AES (Advanced Encryption Standart) ilə kriptolanaraq qorunur: ”Digər variant Sərhədsiz Fərdi Təhlükəsizlikdir.
Bu zaman da istədiyiniz tutumda USB yaddaş, USB xarici harddisk istifadə edə bilərsiniz ki, ədəd və tutum üçün heç bir istiqamətdən məhdudlaşdırma yoxdur. Fərdi təhlükəsizliyinizi qorumağa, mobil fərdi məlumatlarınızı adınıza kriptolayan “USBK CryptoBridge” əldə edərək asanca başlaya bilərsiniz ki, onun da 3 şifrələmə və 1 şifrələmə tətbiq oluna bilən növləri mövcuddur”.
HƏQİQƏT
Baxış sayı: 2497
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir