12px13px15px17px
Tarix:16/02/12

Rusiyanın antivirus proqram təminatı istehsalçısı hesabat verib

Rusiyanın antivirus proqram təminatının aparıcı istehsalçılarından biri  olan "Kasperski Laboratoriyası" 2011-ci ilin maliyyə nəticələri barədə məlumat verib.  Belə ki, ötən il şirkətin ümumi mədaxili 612 milyon dollar təşkil edib və 2010-cu il üzrə anaoloji göstəriciləri  14 faiz ötüb. Gəlir artımı bütün regionlarda nəzərə çarpıb.

“IDC” şirkətinin proqram təminatı və informasiya təhlükəsizliyi bazarı üzrə analitiki Pyotr Qorodetskiy qeyd edib ki, 2011-ci ildə şirkətin maliyyə vəziyyətinin yaxşılaşmasının əsas səbəbi biznesin korporativ seqmentdə inkişafı olub. Şirkət bazara yeni məhsullar təqdim edib və biznes üçün yeni xidmət spektri təklif edib.

Eyni zamanda, "Kasperski Laboratoriyası"  2011-ci ildə bir neçə iri müqavilə bağlayıb.
2012-ci ilin yanvar ayında “Gartner” analitik şirkəti "Kasperski Laboratoriyası"nı rəsmən “Endpoint Protection Platforms” (son qurğuların müdafiəsi üçün həllər) kateqoriyasında yerləşdirib.



EMİL




Baxış sayı: 1584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024