Tarix:17/02/12
“Juniper” şirkətinin mütəxəssisləri “2011 Mobile Threats Report” hesabatında qeyd ediblər ki, son il ərzində bütün əməliyyat sistemləri ilə işləyən mobil qurğular üçün ziyanverici proqramların sayı 2,6 dəfə artıb.
Əgər 2010-cu ildə mütəxəssislər 11 min virus aşkar etmişdilərsə, o zaman 2011-ci ilin nəticəsinə görə onların sayı 28,5 minə qədər artıb. Məlumat üçün bildirim ki, virusların 46 faizdən çoxu “Google Android” mobil platforması üçün nəzərdə tutulub.
Mobil qurğulara hücum edən ziyanverici kodun çox hissəsini casus proqramları (63%) və “SMS” troyanlar (36%) təşkil edib. Məlum olduğu kimi, casus proqramları vasitəsi ilə kibercinayətkarlar qurğunun olduğu yeri izləyə, maliyyə məlumatları və digər əhəmiyyətli informasiya toplaya bilərlər.
“SMS” troyanlara gəlincə, onlar pullu nömrələrə mesaj göndərir və buna görə də istifadəçinin hesabından iri məbləğ silinir.
“Juniper“ şirkəti “Apple iOS” haqqında bildirib ki, “Apple” şirkətinin mobil platforması “iTunes App store” əlavələr mağazasına ciddi nəzarət və qapalılıq sayəsində hələ ki təhlükəsizlik sahəsində nüfuzunu qoruya bilir.
EMİL
Mobil qurğular üçün ziyanverici proqramların sayı 1 il ərzində 2,6 dəfə artıb
“Juniper Networks” şirkətinin yeni tədqiqatına əsasən, hakerlər kompyuter və veb-saytlar ilə getdikcə daha az maraqlanırlar. Hazırda kibercinayətkarlar mobil qurğulara (smartfon və planşet) daha çox maraq göstərirlər.“Juniper” şirkətinin mütəxəssisləri “2011 Mobile Threats Report” hesabatında qeyd ediblər ki, son il ərzində bütün əməliyyat sistemləri ilə işləyən mobil qurğular üçün ziyanverici proqramların sayı 2,6 dəfə artıb.
Əgər 2010-cu ildə mütəxəssislər 11 min virus aşkar etmişdilərsə, o zaman 2011-ci ilin nəticəsinə görə onların sayı 28,5 minə qədər artıb. Məlumat üçün bildirim ki, virusların 46 faizdən çoxu “Google Android” mobil platforması üçün nəzərdə tutulub.
Mobil qurğulara hücum edən ziyanverici kodun çox hissəsini casus proqramları (63%) və “SMS” troyanlar (36%) təşkil edib. Məlum olduğu kimi, casus proqramları vasitəsi ilə kibercinayətkarlar qurğunun olduğu yeri izləyə, maliyyə məlumatları və digər əhəmiyyətli informasiya toplaya bilərlər.
“SMS” troyanlara gəlincə, onlar pullu nömrələrə mesaj göndərir və buna görə də istifadəçinin hesabından iri məbləğ silinir.
“Juniper“ şirkəti “Apple iOS” haqqında bildirib ki, “Apple” şirkətinin mobil platforması “iTunes App store” əlavələr mağazasına ciddi nəzarət və qapalılıq sayəsində hələ ki təhlükəsizlik sahəsində nüfuzunu qoruya bilir.
EMİL
Baxış sayı: 1736
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir