Tarix:20/02/12
Tələbə keçən ilin yazında “Facebook” sosial şəbəkəsinin bağlı resurslarına icazəsiz giriş əldə edib. Qlenn Manhem sosial şəbəkəni Nyu-Yorkdakı ev kompyuterindən “sındırıb”. “Röyters” xəbər agentliyinin məlumatına görə, Federal Təhlükəsizlik Bürosunun (FTB) və Skotlend-Yardın fəaliyyəti nəticəsində tələbəni yalnız iyun ayında tapmaq mümkün olub.
Qlenn Manhemin sözlərinə görə, onun niyyəti pis olmayıb və administrasiyaya sosial şəbəkənin təhlükəsizlik sistemində problemləri aşkar etməyə kömək etmək istəyib. O bildirib ki, bundan əvvəl “Yahoo!” resursunun administrasiyasına tapdığı boşluqlar haqqında məlumat verib. Lakin məhkəmə bu sübutu qəbul etməyib və bildirib ki, insanlar “Facebook” kimi saytların “qırılması”nın nəticələrinin nə qədər ağır olduğunu başa düşməlidirlər.
EMİL
“Facebook”u “sındırmaq” istəyən şəxs həbs olunub
26 yaşlı Britaniya tələbəsi Qlenn Manhemi 8 ay müddətinə həbs cəzasına məhkum ediblər. O, “Facebook” sosial şəbəkəsini “sındırmaq” istəyib. Hakimin sözlərinə görə, bu, populyar resursa çox ciddi hücum olub və nəticələri çox pis ola bilərdi. Sosial şəbəkə Qlenn Manhemin hərəkətlərinin araşdırılmasına və onun axtarışına təxminən 200 min dollar xərcləyib.Tələbə keçən ilin yazında “Facebook” sosial şəbəkəsinin bağlı resurslarına icazəsiz giriş əldə edib. Qlenn Manhem sosial şəbəkəni Nyu-Yorkdakı ev kompyuterindən “sındırıb”. “Röyters” xəbər agentliyinin məlumatına görə, Federal Təhlükəsizlik Bürosunun (FTB) və Skotlend-Yardın fəaliyyəti nəticəsində tələbəni yalnız iyun ayında tapmaq mümkün olub.
Qlenn Manhemin sözlərinə görə, onun niyyəti pis olmayıb və administrasiyaya sosial şəbəkənin təhlükəsizlik sistemində problemləri aşkar etməyə kömək etmək istəyib. O bildirib ki, bundan əvvəl “Yahoo!” resursunun administrasiyasına tapdığı boşluqlar haqqında məlumat verib. Lakin məhkəmə bu sübutu qəbul etməyib və bildirib ki, insanlar “Facebook” kimi saytların “qırılması”nın nəticələrinin nə qədər ağır olduğunu başa düşməlidirlər.
EMİL
Baxış sayı: 1923
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir