12px13px15px17px
Tarix:22/02/12

2012-ci ilin 31 mart tarixində internet olmayacaq?!

"İCTnews" elektron xəbər xidməti "km.ru" resursuna istinadən xəbər verir ki, "Anonymous" haker qruplaşması 2012-ci il 31 mart tarixində interneti "söndürmək" niyyətindədir.

Dərc edilmiş mesaja əsasən, bu, "SOPA qanunu, bütün dünyanı öz eqoizm ehtiyaclarına görə aclıq çəkməyə məcbur edən məsuliyyətsiz lider və bankirlərə qarşı etiraz əlaməti kimi həyata keçiriləcək".

Mətn "Qlobal söndürmə əməliyyat"ı (# opGlobalBlackout) başlığı altında dərc edilib. Bütün interneti "söndürmək" üçün isə haker qruplaşması bütün internetin əsaslandığı 13 "DNS" serveri deaktiv etmək niyyətindədir və artıq onların "İP" ünvanlarını da elan ediblər:


A 198.41.0.4
B 192.228.79.201
C 192.33.4.12
D 128.8.10.90
E 192.203.230.10
F 192.5.5.241
G 192.112.36.4
H 128.63.2.53
I 192.36.148.17
J 192.58.128.30
K 193.0.14.129
L 199.7.83.42
M 202.12.27.33
 
Hakerlərin fikrincə, "DNS" serverlərin işi pozulduqdan sonra, istifadəçi hər hansı sayta daxil olmaq istədikdə ona səhifənin olmadığı ilə bağlı məlumat veriləcək və istifadəçi internetin olmadığını güman edəcək.

Bundan əlavə, əgər hansısa bir istifadəçi bu əməliyyatda iştirak etmək və hakerlərə kömək etmək istəyirsə, bunun üçün mesajda xüsusi proqram təminatı üçün bağlantı var.

Fevral ayının 19-da "Anonymous" qruplaşmasına daxil olan "AntiSec" haker qrupu bildirib ki, hazırda haker hərəkatı ABŞ-ın hüquq-mühafizə orqanları, xüsusilə Federal Təhlükəsizlik Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) barəsində öz sonrakı fəaliyyətlərini müzakirə edirlər.

Hakerlər "Guardian" qəzetinə öz fəlsəfələrini belə izah ediblər: "Biz internetə müdaxilə edən korporasiya və hökumətlərə qarşıyıq. Biz hesab edirik ki, internet hamı üçün açıq və azad olmalıdır. Biz unutmuruq, biz bağışlamırıq, biz legionuq!"

Həmçinin aşağıdakı şüarlar da tez-tez istifadə olunur:

Biz anonimlərik.
Adımız legiondur.
Biz bağışlamırıq.
Biz unutmuruq.
Bizi gözləyin.

"Anonymous" qruplaşmasında lider yoxdur, o, ayrı-ayrı iştirakçıların kollektiv gücünə güvənir.
 
EMİL
 




Baxış sayı: 1558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024