12px13px15px17px
Tarix:12/07/18

“Android” istifadəçilərinə təhlükəli virus hücum edib

"IBM X-Force" şirkətinin təhlükəsizlik üzrə tədqiqatçıları "Google Play" əlavələrində gizlənən "Anubis" adlı təhlükəli virus aşkarlayıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, məlumata görə, kibercinayətkar qruplaşması tərəfindən zərərli proqram təminatı "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün onlarla proqramda gizlədilib. Viruslar internet mağazaları, maliyyə yardımçı funksiyaları və avtomobil əlavələri adı altında maskalanıb.

Bildirilir ki, yoluxdurulmuş proqramı qurğuya yüklədikdən sonra "Anubis" quraşdırılmış "Google Protect" antivirus adı ilə istifadəçinin fəaliyyətini skan etmək üçün hüquqlar tələb edir. Bundan sonra troyan telefon sahibi bank əlavələrində və elektron pul kisələrində fərdi məlumatları daxil edənədək ekranın şəklini (screenshot) çəkir.   

Virus tərtibatçıları "Google Play" təhlükəsizlik alqoritmləri tərəfindən aşkarlanmamaq üçün onun imkanlarını mütəmadi modernləşdirib və kodu dəyişiblər. Mütəxəssislər bildirib ki, "Anubis" Türkiyə istifadəçiləri üçün nəzərdə tutulub, lakin zərərli proqram təminatının konfiqurasiyasından məlum olur ki, virus digər ölkələrə də yayıla bilər.

"IBM X-Force" əməkdaşları "Google Play" mağazasında təhlükəli əlavələrin ləğv edilməsi üçün aparılan tədqiqatın nəticələrini "Google" şirkətinə göndəriblər.

Nizam Nuriyev





Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024