Tarix:06/08/18
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab www.securitylab.ru" resursuna istinadən yazır ki, nazirin sözlərinə görə, yeni sənəd ölkələrin kibertəhdidlərdən mühafizə üzrə fəaliyyətini tənzimləməyə imkan verəcək.
"Biz rəqəmli təhlükəsizliyin təmini baxımından bütün ölkələrin fəaliyyətini tənzimləyən və BMT-nin himayəsi altında qüvvədə olan konvensiyalara bənzər qlobal sənəd hazırlayaraq qəbul etmək istəyirik. Biz dünyanın rəqəmli inqilab dövrü yaşamasına görə ümumi mexanizm yaratmaq niyyətindəyik", - o qeyd edib.
Xarici işlər naziri onu da vurğulayıb ki, Sinqapur bu sahədə ayrı-ayrı ölkələrlə eksklüziv sazişlərin imzalanmasında maraqlı deyil.
Xatırladaq ki, bir müddət əvvəl hakerlər Sinqapurun ən böyük "SingHealth" tibbi müəssisə qrupunun kompüterlərinə hücum edərək 1,5 milyon insanın, o cümlədən ölkənin baş nazirinin fərdi məlumatlarını oğurlayıblar.
Nizam Nuriyev
Sinqapur kibertəhdidlərdən mühafizə üzrə qlobal konvensiya hazırlamağı təklif edir
Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Şərqi Asiya Sammitinə daxil olan iştirakçı ölkələrin nazirlərinin iclasının yekunları üzrə mətbuat konfransında kibertəhlükəsizlik üzrə qlobal konvensiyanın yaradılmasına ehtiyac olduğunu bildirib."ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab www.securitylab.ru" resursuna istinadən yazır ki, nazirin sözlərinə görə, yeni sənəd ölkələrin kibertəhdidlərdən mühafizə üzrə fəaliyyətini tənzimləməyə imkan verəcək.
"Biz rəqəmli təhlükəsizliyin təmini baxımından bütün ölkələrin fəaliyyətini tənzimləyən və BMT-nin himayəsi altında qüvvədə olan konvensiyalara bənzər qlobal sənəd hazırlayaraq qəbul etmək istəyirik. Biz dünyanın rəqəmli inqilab dövrü yaşamasına görə ümumi mexanizm yaratmaq niyyətindəyik", - o qeyd edib.
Xarici işlər naziri onu da vurğulayıb ki, Sinqapur bu sahədə ayrı-ayrı ölkələrlə eksklüziv sazişlərin imzalanmasında maraqlı deyil.
Xatırladaq ki, bir müddət əvvəl hakerlər Sinqapurun ən böyük "SingHealth" tibbi müəssisə qrupunun kompüterlərinə hücum edərək 1,5 milyon insanın, o cümlədən ölkənin baş nazirinin fərdi məlumatlarını oğurlayıblar.
Nizam Nuriyev
Baxış sayı: 990
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir