Tarix:08/08/18
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, aşkar edilmiş troyan viruslarının böyük əksəriyyəti zərərli "Hqwar" proqram təminatı ilə əlaqəlidir.
Troyan virusları adətən müxtəlif leqal proqramlar adı altında yayılır. Bundan sonra bank proqramı işə salınarkən zərərli proqram təminatı öz fişinq interfeysini əsl mobil bank proqramının interfeysi üzərinə çıxarır və istifadəçi tərəfindən daxil edilmiş qeydiyyat məlumatlarını ələ keçirir. Şirkətin məlumatına görə, SMS xidmətləri vasitəsilə də vəsaiti oğurlamaq mümkündür.
"Kasperski Laboratoriyası" şirkətinin məlumatına görə, 2018-ci ilin aprel-iyun aylarında mobil bankçılıq üçün troyan virusları tərəfindən hücuma məruz qalmış istifadəçilərin sayına görə ilk üçlükdə ABŞ (0,79%), Rusiya (0,7%) və Polşa (0,28%) yerləşib.
Mütəxəssislər 2018-ci ilin ikinci rübündə mobil bankçılıq üçün qeydə alınmış troyan viruslarının rekord sayını məhz mobil qurğular üçün zərərli proqramların sayının artmasına dair qlobal tendensiyanın mövcudluğu ilə izah edirlər.
Emil Hüseynov
Mobil bankçılıq üçün virusların sayı kəskin artıb
2018-ci ilin ikinci rübündə mobil bank proqramları üçün virusların sayı ötən rüblə müqayisədə 3 dəfə yüksələrək 61 minə yaxınlaşıb. Bu haqda "Kasperski Laboratoriyası" məlumat verib."ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, aşkar edilmiş troyan viruslarının böyük əksəriyyəti zərərli "Hqwar" proqram təminatı ilə əlaqəlidir.
Troyan virusları adətən müxtəlif leqal proqramlar adı altında yayılır. Bundan sonra bank proqramı işə salınarkən zərərli proqram təminatı öz fişinq interfeysini əsl mobil bank proqramının interfeysi üzərinə çıxarır və istifadəçi tərəfindən daxil edilmiş qeydiyyat məlumatlarını ələ keçirir. Şirkətin məlumatına görə, SMS xidmətləri vasitəsilə də vəsaiti oğurlamaq mümkündür.
"Kasperski Laboratoriyası" şirkətinin məlumatına görə, 2018-ci ilin aprel-iyun aylarında mobil bankçılıq üçün troyan virusları tərəfindən hücuma məruz qalmış istifadəçilərin sayına görə ilk üçlükdə ABŞ (0,79%), Rusiya (0,7%) və Polşa (0,28%) yerləşib.
Mütəxəssislər 2018-ci ilin ikinci rübündə mobil bankçılıq üçün qeydə alınmış troyan viruslarının rekord sayını məhz mobil qurğular üçün zərərli proqramların sayının artmasına dair qlobal tendensiyanın mövcudluğu ilə izah edirlər.
Emil Hüseynov
Baxış sayı: 1104
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir