12px13px15px17px
Tarix:14/08/18

Mütəxəssislər faks vasitəsilə kompüteri virusa yoluxdurmağa nail olublar

Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış "Check Point" şirkətinin mütəxəssisləri tərəfindən çoxfunksiyalı qurğularda (printer, skaner və faks) aşkar edilmiş boşluq hakerlərə həmin qurğularla əlaqəli olan fərdi kompüterlərə müdaxilə etməyə imkan verir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, mütəxəssislər tərəfindən "HP Officejet Pro 6830" adlı çoxfunksiyalı qurğuda JPEG faylların işlənməsi kitabxanasında aşkar edilmiş boşluğu buferin doldurulması məqsədilə istifadə etmək olar. Bundan sonra mütəxəssislər qurğu üzərində nəzarəti ələ keçirməyə imkan verən proqram yazaraq onu JPEG-fayla yerləşdiriblər. Bu proqram şəbəkəyə çıxışın mövcudluğunu yoxlayır və müsbət cavab aldıqda virusu yayır.
 


Emil Hüseynov




Baxış sayı: 1086

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024