Tarix:27/09/18
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, kibercinayətkarlar boşluqlarla iş üzrə daha bacarıqlı strategiya tətbiq edir və daha operativ fəaliyyət göstərirlər.
Qeyd olunur ki, heç bir şirkət kibertəhdidlərdən tam sığortalanmayıb. Təşkilatların təxminən hamısı (96 faiz) azı bir dəfə ciddi kiberproblemlərlə rastlaşıb.
Biznes nümayəndələrinin təqribən dörddə bir hissəsi "cryptojacking" üçün nəzərdə tutulan zərərli proqram təminatı ilə üzləşib. Korporativ şəbəkələrin 10 faizinə hücumlar üçün 6 zərərli proqram növündən istifadə olunub. Bundan başqa, ötən rübdə "FortiGuard Labs" şöbəsi tərəfindən 30 yeni "sıfır günü" (Zero Day) boşluğu aşkar edilib.
Cinayətkarlar hədəflərin seçimində böyük seçmə qabiliyyəti nümayiş etdirirlər. Eksploytların yayılması və onların aşkarlanması hallarının sayı baxımından analizi zamanı aşkar olunub ki, cinayətkarlar praktikada məlum boşluqların yalnız 5,7 faizindən yararlanırlar. Hücumların yayılmasına səbəb olan əksər boşluqların istifadə edilməyəcəyi təqdirdə səylərin səhvlərin aradan qaldırılması üçün qabaqlayıcı strategiyanın hazırlanmasına yönəldilməsi daha məqsədəuyğundur.
Yeni risk faktorları kimi mütəxəssislər təkcə zərərli proqram təminatından istifadə edilməklə hücumların avtomatlaşdırılmasını deyil, eyni zamanda elastik texnologiyaların tətbiqini qeyd edirlər ki, bu da cinayətkarların hücumların daha gizli versiyalarının yaradılması sahəsində yüksək ixtisasa malik olmasından xəbər verir.
Nizam Nuriyev
Haker hücumlarında yeni strategiyalar tətbiq edilir
İnformasiya təhlükəsizliyinin təmini üçün "Fortinet" həllər istehsalçısı kibertəhdidlər üzrə tədqiqatın nəticələrini təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, kibercinayətkarlar boşluqlarla iş üzrə daha bacarıqlı strategiya tətbiq edir və daha operativ fəaliyyət göstərirlər.
Qeyd olunur ki, heç bir şirkət kibertəhdidlərdən tam sığortalanmayıb. Təşkilatların təxminən hamısı (96 faiz) azı bir dəfə ciddi kiberproblemlərlə rastlaşıb.
Biznes nümayəndələrinin təqribən dörddə bir hissəsi "cryptojacking" üçün nəzərdə tutulan zərərli proqram təminatı ilə üzləşib. Korporativ şəbəkələrin 10 faizinə hücumlar üçün 6 zərərli proqram növündən istifadə olunub. Bundan başqa, ötən rübdə "FortiGuard Labs" şöbəsi tərəfindən 30 yeni "sıfır günü" (Zero Day) boşluğu aşkar edilib.
Cinayətkarlar hədəflərin seçimində böyük seçmə qabiliyyəti nümayiş etdirirlər. Eksploytların yayılması və onların aşkarlanması hallarının sayı baxımından analizi zamanı aşkar olunub ki, cinayətkarlar praktikada məlum boşluqların yalnız 5,7 faizindən yararlanırlar. Hücumların yayılmasına səbəb olan əksər boşluqların istifadə edilməyəcəyi təqdirdə səylərin səhvlərin aradan qaldırılması üçün qabaqlayıcı strategiyanın hazırlanmasına yönəldilməsi daha məqsədəuyğundur.
Yeni risk faktorları kimi mütəxəssislər təkcə zərərli proqram təminatından istifadə edilməklə hücumların avtomatlaşdırılmasını deyil, eyni zamanda elastik texnologiyaların tətbiqini qeyd edirlər ki, bu da cinayətkarların hücumların daha gizli versiyalarının yaradılması sahəsində yüksək ixtisasa malik olmasından xəbər verir.
Nizam Nuriyev
Baxış sayı: 826
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir