Tarix:18/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, hökumətin təşəbbüsü ilk növbədə qapı zəngləri, kameralar, oyuncaqlar və mühafizə siqnalları kimi kiçik “ağıllı” ev qurğuları istehsalçılarına yönəlib. Ekspertlər qeyd edir ki, əksər kiberhücumlarda belə qurğuların pis təhlükəsizlik səviyyəsindən istifadə olunub.
Məlumata görə, rəqəmli texnologiyalar, mədəniyyət, KİV və idman Departamenti və Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan sənədə istehsalçıların daha təhlükəsiz məhsullar hazırlaması üçün atacaqları 13 addım daxildir. Bu, müştərilərin şifrlənmiş məlumatlarının saxlanılması, proqram təminatının mütəmadi yenilənməsi, istifadəçilərə daha etibarlı parollar seçməklə bağlı tələblər və daha bir neçə müddəadır.
Sənəd müəllifi Corc Braşer “BBC” telekanalına müsahibədə qeyd edib ki, istifadəçilər təhlükəli qurğunu asanlıqla geri qaytarmaq imkanına malik olmalı, pərakəndə satış nöqtələri isə hücumlar üçün boşluğu olan qurğuları satmamaqla bağlı üzərilərinə öhdəlik götürməlidirlər. Onun sözlərinə görə, hökumət şirkətlərdən “Əşyalar interneti”nin təhlükəsizliyinin gücləndirilməsini tələb edən qanunlar hazırlamağı planlaşdırır.
Nizam Nuriyev
Britaniyada qurğuların müdaxilədən qorunması üçün təlimat buraxılıb
Böyük Britaniyada internetə qoşulan ev qurğuları istehsalçıları üçün təhlükəsizlik kodeksi dərc edilib. Təlimat kiberhücumlar üçün istifadə edilən qurğuların mühafizəsini və hakerlər tərəfindən istifadəçi məlumatlarının oğurlanması ilə bağlı cinayətlərin qarşısının alınmasını nəzərdə tutur.“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, hökumətin təşəbbüsü ilk növbədə qapı zəngləri, kameralar, oyuncaqlar və mühafizə siqnalları kimi kiçik “ağıllı” ev qurğuları istehsalçılarına yönəlib. Ekspertlər qeyd edir ki, əksər kiberhücumlarda belə qurğuların pis təhlükəsizlik səviyyəsindən istifadə olunub.
Məlumata görə, rəqəmli texnologiyalar, mədəniyyət, KİV və idman Departamenti və Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan sənədə istehsalçıların daha təhlükəsiz məhsullar hazırlaması üçün atacaqları 13 addım daxildir. Bu, müştərilərin şifrlənmiş məlumatlarının saxlanılması, proqram təminatının mütəmadi yenilənməsi, istifadəçilərə daha etibarlı parollar seçməklə bağlı tələblər və daha bir neçə müddəadır.
Sənəd müəllifi Corc Braşer “BBC” telekanalına müsahibədə qeyd edib ki, istifadəçilər təhlükəli qurğunu asanlıqla geri qaytarmaq imkanına malik olmalı, pərakəndə satış nöqtələri isə hücumlar üçün boşluğu olan qurğuları satmamaqla bağlı üzərilərinə öhdəlik götürməlidirlər. Onun sözlərinə görə, hökumət şirkətlərdən “Əşyalar interneti”nin təhlükəsizliyinin gücləndirilməsini tələb edən qanunlar hazırlamağı planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 603
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir