12px13px15px17px
Tarix:17/11/18

Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar ediblər. Hakerlər bu boşluqdan istifadə etməklə istifadəçilərin hərəkətini izləyə bilərdilər. Bu haqda şirkətin saytında dərc edilmiş hesabatda deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, cinayətkarlar “Wi-Fi” marşrutlayıcısı vasitəsilə sözügedən boşluqdan yararlana bilərlər.
 
“CVE-2018-9581” adlandırılmış boşluq “RSSI” sistemində aşkar edilib. O, qəbul edilən siqnalın səviyyəsini müəyyənləşdirir. Həmçinin “RSSI” bu informasiyanı başqa proqramlara ötürür.
 
Boşluq nəticəsində kənar proqramlar qəbul edilən siqnal haqqında bütün informasiyanı əldə edə və istifadəçinin marşrutlayıcıya nisbətdə yerini müəyyənləşdirə bilər.
 
Ekspertlərin sözlərinə görə, bu boşluq “Android” əməliyyat sisteminin bütün versiyalarında mövcuddur.
 
Emil Hüseynov




Baxış sayı: 1042

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024