Tarix:28/01/19
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, xəbərlərin müəyyənləşdirilməsi alqoritmlərə əsaslanmır. Bunun üçün "NewsGuard" xəbərlər şirkətinin məlumatlarından istifadə olunur. Bundan başqa, xəbərlərdə yalan və manipulyasiyaların mövcudluğu insanlar tərəfindən müəyyənləşdirilir. "Edge" mobil versiyasında funksiyanın işə salınması üçün quraşdırmalara daxil olaraq onu "Xəbərlər reytinqi" bölməsində aktivləşdirmək lazımdır. Bundan sonra sistem ünvan sətrində bu və ya digər saytın reytinq dərəcəsini bildirən işarəni göstərəcək. Qırmızı rənglə etibarsız, yaşıl rənglə isə etibarlı resurslar qeyd edilir. Birinci halda adətən saytın informasiya üçün əsas dəqiqlik standartlarını dəstəkləməməsi ilə bağlı xəbərdarlıq göstərilir. Orada saytı yoxlanışa göndərmək mümkündür.
Bildirilir ki, reytinqli bütün saytlar internetin ingilisdilli sektoruna aiddir. Etibarlı saytlar kimi "CNN" və "Fox News", etibarsızlar isə "Snopes" və "MailOnline" qeyd olunub.
Gələcəkdə "NewsGuard" tərtibatçıları servisin imkanlarını genişləndirmək və onu daha çox platformalara inteqrasiya etmək niyyətindədirlər.
Nizam Nuriyev
“Microsoft Edge” brauzerinin mobil versiyası saxta xəbərləri müəyyənləşdirəcək
"Microsoft Edge" mobil brauzerinin sonuncu versiyasında saxta xəbərlərin avtomatik müəyyənləşdirilməsi funksiyası istifadəyə verilib. Belə ki, proqram yalan xəbərləri nişanlamağa başlayıb. Analoji imkan fərdi kompüterlər üçün nəzərdə tutulan versiyada, eləcə də "Chrome", "Firefox" və "Safari" brauzerləri üçün proqram genişlənmələrində var."ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, xəbərlərin müəyyənləşdirilməsi alqoritmlərə əsaslanmır. Bunun üçün "NewsGuard" xəbərlər şirkətinin məlumatlarından istifadə olunur. Bundan başqa, xəbərlərdə yalan və manipulyasiyaların mövcudluğu insanlar tərəfindən müəyyənləşdirilir. "Edge" mobil versiyasında funksiyanın işə salınması üçün quraşdırmalara daxil olaraq onu "Xəbərlər reytinqi" bölməsində aktivləşdirmək lazımdır. Bundan sonra sistem ünvan sətrində bu və ya digər saytın reytinq dərəcəsini bildirən işarəni göstərəcək. Qırmızı rənglə etibarsız, yaşıl rənglə isə etibarlı resurslar qeyd edilir. Birinci halda adətən saytın informasiya üçün əsas dəqiqlik standartlarını dəstəkləməməsi ilə bağlı xəbərdarlıq göstərilir. Orada saytı yoxlanışa göndərmək mümkündür.
Bildirilir ki, reytinqli bütün saytlar internetin ingilisdilli sektoruna aiddir. Etibarlı saytlar kimi "CNN" və "Fox News", etibarsızlar isə "Snopes" və "MailOnline" qeyd olunub.
Gələcəkdə "NewsGuard" tərtibatçıları servisin imkanlarını genişləndirmək və onu daha çox platformalara inteqrasiya etmək niyyətindədirlər.
Nizam Nuriyev
Baxış sayı: 626
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir