Tarix:14/02/19
Şirkətin məlumatına görə, ötən il onun proqram təminatı 2,5 trilyondan çox sorğunu emal edib və elektron poçt, zərərverici fayllar və URL ünvanlar vasitəsilə yayılan təhlükələr daxil olmaqla təxminən 48 milyard hücumu bloklayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, fişinq hələ də ən geniş yayılmış kibertəhlükə hesab olunur. 2018-ci ildə bu tipli 41 milyard hücumun qarşısı alınıb, amma noyabr-dekabr ayları ərzində onların sayı 200 milyon azalıb. Kiberhücumların ən yüksək səviyyəsi (10 milyarddan çox) ABŞ-da qeydə alınıb. Çin və Braziliyada bu göstərici 2 milyardı ötüb, Hindistanda isə 1,5 milyard olub.
22 milyon spam hücumu çərçivəsində qeydə alınmış .XLS formatı ən geniş yayılmış zərərverici fayl bərkitməsi olub. Zərərverici proqram və ya hostinqlərə istinad edən bloklanmış URL ünvanların sayı 1 milyardı ötüb. Zərərverici URL ünvanlar üzrə Yaponiya (160 milyon bloklanmış hücum), ABŞ (155 milyon) və Tayvan (73 milyon) ilk pillələrdə qərarlaşıblar.
Emil Hüseynov
2018-ci il üzrə ən geniş yayılmış kibertəhdidlər məlum olub
İnformasiya təhlükəsizliyinin təmini üzrə həllər istehsalçısı "Trend Micro" şirkəti 2018-ci il üzrə dünyada aşkar edilmiş kibertəhlükələr haqqında statistikanı dərc edib.Şirkətin məlumatına görə, ötən il onun proqram təminatı 2,5 trilyondan çox sorğunu emal edib və elektron poçt, zərərverici fayllar və URL ünvanlar vasitəsilə yayılan təhlükələr daxil olmaqla təxminən 48 milyard hücumu bloklayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, fişinq hələ də ən geniş yayılmış kibertəhlükə hesab olunur. 2018-ci ildə bu tipli 41 milyard hücumun qarşısı alınıb, amma noyabr-dekabr ayları ərzində onların sayı 200 milyon azalıb. Kiberhücumların ən yüksək səviyyəsi (10 milyarddan çox) ABŞ-da qeydə alınıb. Çin və Braziliyada bu göstərici 2 milyardı ötüb, Hindistanda isə 1,5 milyard olub.
22 milyon spam hücumu çərçivəsində qeydə alınmış .XLS formatı ən geniş yayılmış zərərverici fayl bərkitməsi olub. Zərərverici proqram və ya hostinqlərə istinad edən bloklanmış URL ünvanların sayı 1 milyardı ötüb. Zərərverici URL ünvanlar üzrə Yaponiya (160 milyon bloklanmış hücum), ABŞ (155 milyon) və Tayvan (73 milyon) ilk pillələrdə qərarlaşıblar.
Emil Hüseynov
Baxış sayı: 689
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir