Tarix:19/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, cinayətkarlar şirkətlərə “App Store” qaydalarından yan keçərək əməkdaşların daxili istifadəsi üçün əlavələr yaratmaq məqsədilə verilən korporativ sertifikatlardan istifadə ediblər.
Əlavələrin korporativ sertifikatlar proqramından istifadə üçün onlayn formanı dolduraraq 300 dollar ödəmək tələb olunub. Bu halda heç bir yoxlanış, sistem nəzarəti və təhlükəsizlik, standartlar və məlumatların şifrlənməsi mövcud olmayıb. Nəticədə “App Store” mağazasında onlarla qadağan olunmuş kontentli əlavə yayılıb.
“TutuApp” alternativ proqramlar mağazasının tərtibatçıları tərəfindən istifadəçilərə “App Store”da qiyməti 7 dollar təşkil edən “Minecraft” oyununun pulsuz versiyası təklif olunub. Digər lisenziyasız “AppValley” servisi isə “Spotify” musiqi xidmətinin pulsuz versiyasını paylaşıb.
“Apple” şirkəti qaydalara əməl etməyən tərtibatçıların diqqətinə onları “qara siyahı”ya daxil edəcəyi barədə xəbərdar edərək daha sərt autentifikasiya sisteminin tətbiq ediləcəyini bəyan edib.
Nizam Nuriyev
Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb
Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone” üçün “Spotify”, “Angry Birds”, “Pokemon Go” və “Minecraft” daxil olmaqla əksər populyar oyun və əlavədən pulsuz yararlanmaq imkanı əldə ediblər. Bu barədə “Reuters” informasiya agentliyinin tədqiqatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, cinayətkarlar şirkətlərə “App Store” qaydalarından yan keçərək əməkdaşların daxili istifadəsi üçün əlavələr yaratmaq məqsədilə verilən korporativ sertifikatlardan istifadə ediblər.
Əlavələrin korporativ sertifikatlar proqramından istifadə üçün onlayn formanı dolduraraq 300 dollar ödəmək tələb olunub. Bu halda heç bir yoxlanış, sistem nəzarəti və təhlükəsizlik, standartlar və məlumatların şifrlənməsi mövcud olmayıb. Nəticədə “App Store” mağazasında onlarla qadağan olunmuş kontentli əlavə yayılıb.
“TutuApp” alternativ proqramlar mağazasının tərtibatçıları tərəfindən istifadəçilərə “App Store”da qiyməti 7 dollar təşkil edən “Minecraft” oyununun pulsuz versiyası təklif olunub. Digər lisenziyasız “AppValley” servisi isə “Spotify” musiqi xidmətinin pulsuz versiyasını paylaşıb.
“Apple” şirkəti qaydalara əməl etməyən tərtibatçıların diqqətinə onları “qara siyahı”ya daxil edəcəyi barədə xəbərdar edərək daha sərt autentifikasiya sisteminin tətbiq ediləcəyini bəyan edib.
Nizam Nuriyev
Baxış sayı: 573
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir