12px13px15px17px
Tarix:21/02/19

“Instagram” vasitəsilə “Android” viruslarının geniş yayılması qeydə alınıb

"Doktor Veb" antivirus proqram təminatı istehsalçısı "Instagram" xidmətinin köməyi ilə "Android" üçün troyan viruslarının yayılması haqqında məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, söhbət zəhlətökən reklamın göstərilməsi üçün nəzərdə tutulmuş "Android.HiddenAds" zərərli proqramlar sinfindən gedir. Virus daima başqa proqramların pəncərəsini və sistem interfeysini gizlədən banner və video elanlardan ibarət pəncərələr göstərir və qurğunun işləməsinə mane olur.
 
2019-cu il fevralın əvvəlindən belə zərərli proqramların təxminən 40 yeni modifikasiyası aşkar edilib və təxminən 10 milyon istifadəçi onları yükləyib. Fırıldaqçılar bu troyanlardan bəzilərini "Instagram" və "YouTube" vasitəsilə yayırlar.
 
Ekspertlər xəbərdarlıq edirlər ki çoxmilyonlu auditoriyası olan populyar sosial şəbəkə və internet xidmətlərində reklam nəticəsində təhlükəli proqramları quraşdıra bilən potensial qurbanların sayı xeyli artır.
 
Emil Hüseynov





Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024