Tarix:27/03/19
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, təqdim olunan məlumatlarda proqram təminatı, müxtəlif sinfə aid aparat həlləri və müvafiq servislər sahəsində xərclər nəzərə alınıb.
Bildirilir ki, bu il pul ifadəsində sahənin həcmi simvolik 100 milyard dollarlıq səviyyəni ötərək 103,1 milyard dollara çatacaq. Bu, ötən ilin nəticəsi ilə müqayisədə 9,4 faizlik artıma uyğun olacaq.
Sonrakı illərdə informasiya təhlükəsizliyi sahəsində xərclərin daha da artacağı gözlənilir. Məsələn, 2022-ci ilədək olan dövr üçün “CAGR” göstəricisi (mürəkkəb faizlərdə ortaillik artım tempi) 9,2 faiz səviyyəsində proqnozlaşdırılır. Nəticədə 2022-ci ildə bazarın həcmi təxminən 133,8 milyard dollar təşkil edəcək.
İnformasiya təhlükəsizliyi vasitələri üçün xərclər baxımından ən böyük sektorlar arasında bank seqmenti, istehsalat, eləcə də dövlət sektoru qeyd olunur.
Coğrafi baxımdan informasiya təhlükəsizliyi sistemləri üçün xərclərin həcminə görə lider ABŞ olaraq qalacaq. İkinci yerdə isə Çinin qərarlaşacağı proqnozlaşdırılır.
Nizam Nuriyev
Bu il informasiya təhlükəsizliyi sahəsində xərclər 100 milyard dolları ötəcək
“International Data Corporation” (IDC) şirkəti 2019-cu və sonrakı illər üçün dünya informasiya təhlükəsizliyi vasitələri bazarı üzrə proqnoz dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, təqdim olunan məlumatlarda proqram təminatı, müxtəlif sinfə aid aparat həlləri və müvafiq servislər sahəsində xərclər nəzərə alınıb.
Bildirilir ki, bu il pul ifadəsində sahənin həcmi simvolik 100 milyard dollarlıq səviyyəni ötərək 103,1 milyard dollara çatacaq. Bu, ötən ilin nəticəsi ilə müqayisədə 9,4 faizlik artıma uyğun olacaq.
Sonrakı illərdə informasiya təhlükəsizliyi sahəsində xərclərin daha da artacağı gözlənilir. Məsələn, 2022-ci ilədək olan dövr üçün “CAGR” göstəricisi (mürəkkəb faizlərdə ortaillik artım tempi) 9,2 faiz səviyyəsində proqnozlaşdırılır. Nəticədə 2022-ci ildə bazarın həcmi təxminən 133,8 milyard dollar təşkil edəcək.
İnformasiya təhlükəsizliyi vasitələri üçün xərclər baxımından ən böyük sektorlar arasında bank seqmenti, istehsalat, eləcə də dövlət sektoru qeyd olunur.
Coğrafi baxımdan informasiya təhlükəsizliyi sistemləri üçün xərclərin həcminə görə lider ABŞ olaraq qalacaq. İkinci yerdə isə Çinin qərarlaşacağı proqnozlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir