12px13px15px17px
Tarix:02/04/19

“Google Play” mağazasında casus proqramlar aşkar edilib

“Security Without Borders” şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri və “Motherboard” nəşrinin icmalçıları tərəfindən keçirilmiş araşdırma zamanı “Google Play” rəsmi mağazasında yerləşdirilmiş “Android” tətbiqlərində casus proqram təminatının mövcud olması məlum olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Exodus” adlandırılmış zərərverici element 2016-cı ildən 2019-cu ilin əvvəlinə kimi aktiv olub. Zərərverici mobil operatorların tətbiqi və ya qurğuların işinin təkmilləşdirilməsi üçün xidmət proqramı adı altında maskalanıb.
 
“Motherboard” nəşrinin məlumatına görə, 2 il ərzində “Google Play” mağazasında 20-dən çox proqram yerləşdirilib. Bir neçə mobil proqram ən azı 100 dəfə yüklənilib. Siyahıdakı bir proqram isə 350 dəfə yüklənilib.
 
Jurnalistlərin məlumatına görə, bu zərəverici proqram təminatı izləmə kameralarının hazırlanması ilə məşğul olan “eSurv” şirkəti tərəfindən İtaliya hökumətinə satılıb.
 
İtaliya hökuməti qurğu vasitəsilə istifadəçiləri gizli dinləmək, həmçinin brauzerin tarixçəsinə, təqvim yazılarına, istifadəçinin olduğu yerlərə, çatlara və başqa şəxsi məlumatlara giriş imkanı əldə edib.
 
Emil Hüseynov





Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024