Bu brauzerdə təhlükəli boşluq aşkar edilib
“Windows 10” əməliyyat sistemində aşkar edilmiş boşluq hakerlərə sərt diskdə saxlanılan fayllara məsafədən müdaxilə etməyə imkan verir. Bu, istifadəçilərin “Microsoft Edge” brauzerində zərərverici faylı işə salması nəticəsində mümkün olur.
“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, təhlükəsizlik üzrə mütəxəssis Con Peyc ilk öncə “Microsoft”un “Internet Explorer 11” brauzerində aşkar edilmiş boşluq haqda məlumat vermişdi. Bu boşluğun köməyi ilə “Windows” sisteminin fayllarına müdaxilə mümkün idi. “Qurban” poçt və ya messencerlə göndərilmiş faylları açarkən hücum reallaşırdı.
Bundan sonra “ACROS Security” şirkətinin mütəxəssisi aşkar edib ki, sözügedən boşluq yalnız köhnə “Internet Explorer”də deyil, həm də daha müasir “Edge” brauzerində mövcuddur. Yeni brauzer, həmçinin zərərverici faylın işə salmaq icazəsini özündə saxlayır və beləliklə, istifadəçilər təhlükə altındadır.
Emil Hüseynov
Baxış sayı: 608
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir