12px13px15px17px
Tarix:06/05/19

Yaponiya hökuməti kibersilah qismində kompüter virusları yaradır

Yaponiya Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, zərərverici proqram təminatı yaradacaq və onu dəstəkləyəcək və bu, ölkənin ilk kibersilahı olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, vəziyyətlə tanış mənbə bildirib ki, zərərverici proqramlar cari maliyyə ilinin sonunadək hazır olacaq. Layihə üzərində dövlət xidmətçiləri deyil, kənar tərtibatçılar işləyəcəklər.

 

Qeyd etmək lazımdır ki, Yaponiya kibersilahdan, ehtimal ki, yalnız müdafiə məqsədilə (məsələn, Yaponiya təşkilatları kiberhücumlara məruz qaldığı hallarda) istifadə edəcək. O zaman cinayətkarlara cavab kimi virus göndəriləcək. Lakin hələ ki kibersilahdan istifadənin ətraflı ssenarisi və təfərrüatı məlum deyil.

 

Emil Hüseynov





Baxış sayı: 845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024