Kibercinayətkarlar “FaceApp” proqramının populyarlığından istifadə edirlər
“ESET” beynəlxalq antivirus şirkəti kibercinayətkarların “FaceApp” mobil əlavəsinin populyarlığından fırıldaqçılıq məqsədilə istifadə etməsi ilə bağlı xəbərdarlıq edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, Rusiyanın “Wireless Lab” şirkəti tərəfindən hazırlanan proqramdan “Android” və “iOS” platformalarının versiyalarında istifadə mümkündür. O, fotoşəkillərdəki sifətlərə yüksək realistik dəyişikliklər etmək, onlara müxtəlif effektlər, üslub dəyişiklikləri və s. vermək üçün nəzərdə tutulub. Mobil əlavənin işinin əsasını neyron şəbəkə texnologiyası təşkil edir.
Bildirilir ki, bu yaxınlarda “FaceApp” proqramında böyük populyarlıq qazanan sifətin “qocalması” funksiyası yenilənib. Əlavəyə artan maraqdan kibercinayətkarlar dərhal yararlanmağa başlayıblar.
Məsələn, internetdə “FaceApp Pro” proqramının cinayətkarlar tərəfindən yüklənilməsi pulsuz təklif edilən saxta versiyaları yayılıb. Belə proqramların yayılması üçün xüsusi saxta saytlar yaradılır. Saxta “FaceApp” versiyalarına, həmçinin “YouTube” videohostinqində və rəsmi “Google Play” əlavələr mağazasında rast gəlmək mümkündür.
Məlumata görə, əlavənin quraşdırılması zamanı çoxlu açılan pəncərələr görünür. İstifadəçinin diqqətsizliyi ödənişli əlavə və ya reklamlara abunə olmağın rəsmiləşdirilməsi ilə nəticələnir. Bundan başqa, qurbanlar fırıldaqçılıq sxeminin tərkib hissəsi olan bildirişlərin qəbulu üçün sorğular alırlar.
Nizam Nuriyev
Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir